MƏSLƏHƏT

ISO/IEC 17025:2017
beynəlxalq standartı

ISO/IEC 17025:2017 standartı nədir?
ISO/IEC 17025:2017 sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə, onların effektiv şəkildə fəaliyyətlərini həyata keçirmələri və etibarlı nəticələr göstərmələrinə dair tələbləri özündə ehtiva edən beynəlxalq standartdır.

ISO/IEC 17025 beynəlxalq standartı nə üçün lazımdır?

ISO/IEC 17025 standartı sınaq və kalibrləmə laboratoriyanın göstərdiyi xidmətlərin keyfiyyətini artırmaq, potensial müştəri, tərəfdaş və investorların etibarını qazanmaq, bazarda rəqabət üstünlüyü əldə etmək, tənzimləyici orqanlar tərəfindən tanınmaq, eləcə də analoji laboratoriyalar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək və s təcrübə mübadiləsi aparmaq üçün lazımdır.

ISO/IEC 17025 beynəlxalq standartının tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?

ISO/IEC 17025 beynəlxalq standartının tətbiqi:

  • sınaq və kalibrləmə laboratoriyalarının fəaliyyətindəki bütün proseslərin və göstərilən xidmətlərin keyfiyyətinin artması;
  • spesifik sınaq sahələrində təsdiq edilmiş səlahiyyətlərə malik laboratoriya olaraq rəsmən tanınması;
  • akkreditasiya edilmiş laboratoriyaların sınaq nəticələrinin daxili və beynəlxalq bazarlarda tanınması;
  • resursların yaxşılaşdırılması;
  • müştəri məmnuniyyətinin artması;
  • personalın texniki səviyyəsinin artması;
  • personalın səlahiyyət və məsuliyyətlərinin dəqiq müəyyən edilməsi;
  • xarici bazarlara çıxış imkanının yaranması kimi fayda və üstünlükləri təmin edir.

ISO/IEC 17025:2017 beynəlxalq standartının tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda ISO/IEC 17025:2017 standartının tələblərinə uyğun keyfiyyəti idarəetmə sisteminin tətbiqi ilə bağlı tətbiqi bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.

Biz göstərdiyimiz məsləhət xidmətlərini Azərbaycan dilinə tərcümə edərək hazırladığımız ISO ISO/IEC 17025:2017 beynəlxalq standartının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:

Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması. ISO/IEC 17025:2017 standartının tələblərinə uyğun olaraq KİS-nin tətbiqi üzrə fəaliyyət planının işlənilməsi;
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə ISO/IEC 17025:2017 üzrə təlimin keçirilməsi;
Mərhələ 3. ISO/IEC 17025:2017 -in tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi və KİS proseslərinin təsviri ilə bağlı metodiki köməyin göstərilməsi;
Mərhələ 4. Daxili auditorlara ISO/IEC 17025:2017 və ISO 19011 üzrə təlimlərin keçirilməsi;
Mərhələ 5. Təşkilatda ISO/IEC 17025:2017 -in tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi;
Mərhələ 6. KİS-in təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.

ISO/IEC 17025:2017 standartı üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər

1. KİS-in tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. KİS-in tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. KİS-in tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq KİS sənədlərinin işlənilməsi;
5. İşlənilmiş sənədlərin və KİS-in tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.

Partners