GFSI

GFSI standartları

SQF standartı nədir? SQF (Təhlükəsiz Keyfiyyətli Qida) Qida Məhsullarının Marketinqi İnstitutu (Food Marketing İnstitute) tərəfindən işlənib hazırlanmış standartdır. SQF standartı 2 hissədən ibarətdir - SQF 1000 (ilkin istehsalçılar üçün) və SQF 2000 ( istehsalçılar və distributorlar).

SQF 1000. Bu standart ilkin istehsalçılar (fermer təssərüfatları, kənd təssərüfatı malları istehsalçıları) üçün nəzərdə tutulmuşdur.

Bu standartda 3 səviyyə mövcuddur:

1-ci səviyyə-Qida məhsullarının təhlükəsizliyinin idarə edilməsi sisteminin qurulması;
2-ci səviyyə- Qida məhsullarının təhlükəsizliyinin idarə edilməsi sisteminin HACCP əsasında qurulması;
3-ci səviyyə-İnteqrasiya olunmuş keyfiyyəti idarəetmə və qida məhsullarının təhlükəsizliyi sisteminin qurulması.

SQF 2000 Code. Bu standart qida məhsullarının istehsalı, daşınması, saxlanması, qida məhsulları üçün xammal və inqrediyentlər paylanması ilə məşğul olan şirkətlərə şamil olunur.

SQF standartı nə üçün lazımdır?

SQF standartı istehsal və istehlak zəncirində qida məhsullarının keyfiyyətinin və təhlükəsizliynin idarə edilməsinə dair tələblərə qlobal səviyyədə uyğunluğa nail olmaq üçün lazımdır.

SQF standartının tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?

SQF standartının tətbiqi:

  • bütün dünyada qəbul olunma imkanının əldə edilməsi;
  • istehsal edilən məhsula istehlakçılar tərəfindən etibarın artması;
  • qabaqlayıcı fəaliyyətlərdən istifadə edilməsinin asanlaşması;
  • istehsal edilən məhsulun rəqabətqabiliyyətliliyinin artması;
  • investisiya baxımından təşkilatın cəlbediciliyinin artması;
  • 2-tərəf auditlərinin azalması;
  • təhlükəsiz və keyfiyyətli məhsul istehsal edən təşkilat imicinin formalaşması;
  • təşkilatın fəaliyyətinin qanunverici və normativ tələblərə uyğunlaşdırılması;
  • tenderlərdə uğurlu iştirak etmə imkanının yaranması;.
  • xarici bazarlara giriş imkanlarının artması kimi fayda və üstünlükləri təmin edir.

SQF standartının tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda SQF standartının tətbiqi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.

Biz göstərdiyimiz məsləhət xidmətini ISO SQF standartının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk.

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:

Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması. SQF standartının tətbiqi üzrə fəaliyyət planının işlənilməsi;
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə SQF üzrə təlimin keçirilməsi;
Mərhələ 3. SQF -in tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi;
Mərhələ 4. Daxili auditorlara SQF və ISO 19011 üzrə təlimlərin keçirilməsi;
Mərhələ 5. Təşkilatda SQF -in tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi;
Mərhələ 6. Sistemin təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.

SQF standartı üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər

1. SQF -in tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. SQF -in tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. SQF -in tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq SQF sənədlərinin işlənilməsi;
5. İşlənilmiş sənədlərin və SQF -in tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.

Partners