ISO/IEC 20000-1:2018. "İnformasiya texnologiyası - Xidmətlərin idarə edilməsi - Hissə 1: "Xidmətlərin idarə edilməsi sisteminə olan tələblər""
ISO/IEC 20000-1:2018 standartı nədir? Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı və cəmiyyətin müxtəlif sahələrində texniki proqram komplekslərinin tətbiqi onların səmərəli və effektiv idarə edilməsi məsələlərini ortaya qoyur.
Yüksək texnologiyaların inkişaf etdiyi ölkələrdə İT ilə bağlı məsələlərin planlaşdırılması, tətbiq edilməsi, dəstəklənməsi, qiymətləndirməsi proseslərini asanlaşdırmaq, problemləri effektiv həll etmək üçün müxtəlif konseptual yanaşmalardan, beynəlxalq aləmdə ümumi qəbul olunmuş standartlardan istifadə edilir.
İT üzrə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə kömək etmək məqsədilə 2005-ci ildə ISO/IEC 20000-1:2005. “İnformasiya texnologiyaları, Xidmətin idarə edilməsi. Hissə 1: "Spesifikasiya" standartı nəşr olunub. Bu standart Britaniya Standartlar İnstitu tərəfindən işlənib hazırlanmış BS 15000 standartını əvəz edib.
ISO/IEC 20000 beynəlxalq standartında informasiya texnologiyaları üzrə xidmət göstərən şirkət rəhbərlərinə onların məsuliyyəti, həmçinin sənədlərin idarə edilməsi, səlahiyyətlər və personalın hazırlanması ilə bağlı tələblər irəli sürülür.
ISO/IEC 20000 standartı İT üzrə xidmət göstərən müəssisələrə təkcə ümumi tövsiyələr vermir, həm də proseslərin İT baxımından dəstəklənməsi ilə bağlı onlara təcrübə əldə etməyə imkan yaradır.
2011-ci ildə standartın yeni versiyası nəşr olunub. Yeni versiyada müəyyən dəyişikliklər edilib (standart 10 maddədən, 5 əsas qrupda toplanmış 13 prosesdən ibarətdir). Həmçinin standartın strukturu ISO-nun idarəetmə sistemi standartlarının strukturuna uyğunlaşdırılıb.
2018-ci ildə ISO/IEC 20000 standartının yeni versiyası nəşr olunub. Yeni versiyada tələblərdən daha çox tövsiyələr öz əksini tapıb, həmçinin sənədləşməyə olan sərt tələblər azaldılıb.
ISO/IEC 20000-1:2018 standartı İT üzrə xidmət göstərən müəssisələrə təkcə ümumi tövsiyələr vermir, həm də proseslərin İT baxımından dəstəklənməsi ilə bağlı onlara təcrübə əldə etməyə , həmçinin xidmətlərin keyfiyyətinə, fasiləsizliyinə və təhlükəsizliyinə təminat verir.
ISO/IEC 20000-1:2018 standartı nə üçün lazımdır?
ISO/IEC 20000-1:2011 standartı İT üzrə xidmətlərin biznesin ehtiyac və tələbatlarına cavab verməsini təmin etmək, İT-nın effektivliyinın artırılması və yaxşılaşdırılması üçün imkanlar əldə etmək, İT sisteminin etibarlılığını artırmaq, İT xidmətlərinin keyfiyyətini ölçmək, onların əlçatanlığına nail olmaq üçün lazımdır.
ISO/IEC 20000-1:2018standartının tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?
ISO/IEC 20000-1:2018 standartının tətbiqi:
- İT xidmətlərinin idarə edilməsi üzrə beynəlxalq standartlara uyğunluğu nail olunması;
- İT xidmətlərinin idarə edilməsi sisteminin davamlılığı və etibarlılığının təmin edilməsi;
- İT xidmətlərinin keyfiyyət səviyyəsinin artması;
- müştəri və digər maraqlı tərəflərinin təşkilata olan inam və etibarının artması;
- İT xidmətlərinə çəkilən xərclərin azalması;
- təşkilatın yerli və xarici tenderlərdə iştirak etmə imkanlarının genişlənməsi kimi fayda və üstünlükləri təmin edir.
ISO/IEC 20000-1:2018 standartının tətbiqi üzrə məsləhət xidməti
Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda ISO/IEC 20000-1:2018 standartının tətbiqi mövcud sistemin davamlı olaraq yaxşılaşdırılması, bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.
Biz göstərdiyimiz məsləhət xidmətlərini ISO/IEC 20000-1:2018standartının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk.
Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.
Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.
Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:
Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması, ISO/IEC 20000-1:2018-in tələblərinə uyğun olaraq fəaliyyət planının işlənilməsi;
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə ISO/IEC 20000-1:2018 üzrə təlimin keçirilməsi;
Mərhələ 3. ISO/IEC 20000-1:2018-in tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi;
Mərhələ 4. Daxili auditorlara ISO/IEC 20000-1:2018 və ISO 19011 üzrə təlimlərin keçirilməsi;
Mərhələ 5. ISO/IEC 20000-1:2018-in tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi;
Mərhələ 6. Sistemin təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.
ISO/IEC 20000-1:2018-in tətbiqi üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər
1. ISO/IEC 20000-1:2018-in tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. ISO/IEC 20000-1:2018-in tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. ISO/IEC 20000-1:2018-in tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq İT üzrə xidmətlərin idarə edilməsi sisteminin sənədlərinin işlənilməsi;
5.İşlənilmiş sənədlərin və ISO/IEC 20000-1:2018-in tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.




