Təlim mərkəzi

Keyfiyyət Assosiasiyası keyfiyyət anlayışının təbliği məqsədilə yarandığı gündən etibarən bu günə kimi müxtəlif təlimlər keçirmişdir. Bu təlimlər Assosiasiyanın Keyfiyyət Akademiyasının struktur vahidi olan təlimlər mərkəzi tərəfindən təşkil olunur.

Təlimlər mərkəzinin əsas məqsədi keyfiyyət və idarəetmə sahəsində çalışan, bu sahələrə maraq göstərən və karyerasını bu istiqamətdə quran şəxslərin biliklərin artırılmasına xidmət edən, habelə cəmiyyətdə keyfiyyət anlayışının təbliğinə gətirib çıxaran təlimlərin təşkili və keçirilməsini təmin etməkdən ibarətdir. Mərkəz tərəfindən keçirilən təlimlər müəssisələrdə daha effektiv idarəetmə sistemlərinin qurulması, tətbiqi və işlək vəziyyətdə saxlanılması üçün işçilərin bilik və bacarıqlarının artırılmasına və nəticədə müştərilərin tələb və gözləntilərinə cavab verən məhsul və xidmətlərin istehsalına xidmət edir. Biz artıq 14 ildən artıq bir müddətdir ki, keyfiyyət və idarəetmə sistemləri standartları üzrə təlim və seminarlar keçiririk. Bu müddət ərzində onlarla müəssisə və yüzlərlə insan təlim xidmətlərimizdən faydalanmışdır.

Təlimlər Mərkəzi təlim xidmətlərinin göstərilməsində ISO 29993:2017. “Qeyri-formal təhsil və təlim üzrə tədris xidmətləri - Xidmət tədarükçülərinə olan əsas tələblər” beynəlxalq standartının tələblərini əsas tutur. Biz bu standart üzrə sertifikatlaşdırılmış ilk təşkilatlardan biriyik.

  • 14 ildən artıq təcrübə

    14 ildən artıq təcrübə

  • 10-la təşkilatın və 100-lə şəxsin təlimləndirilməsi

    10-la təşkilatın və 100-lə şəxsin təlimləndirilməsi

  • Peşəkar və təcrübəli təlimçilər

    Peşəkar və təcrübəli təlimçilər

  • ISO 29993 standartı üzrə sertifikat

    ISO 29993 standartı üzrə sertifikat

  • Azərbaycan dilində tədris

    Azərbaycan dilində tədris

  • Təlim bazarında lider

    Təlim bazarında lider

  • İndividual yanaşmanın tətbiqi

    İndividual yanaşmanın tətbiqi

  • Azərbaycan dilində standartlar/materiallar

    Azərbaycan dilində standartlar/materiallar

Təlimçi bazası

Mərkəzimizdə ölkəmizin qabaqcıl təlimçiləri toplanmışdır. Onların içərisində beynəlxalq kvalifiksaiyaya sahib, ölkəmizdə onlarla məsləhət və audit layihələrinin rəhbərləri olan məsləhtəçi və auditorlar vardır. Təlimçilər haqqında daha geniş informasiyanın təlimlər səhifəsindən əldə edə bilərsiniz.

Keçirilən təlimlər

Assosiasiya bir qayda olaraq beynəlxalq standartların tətbiqi ilə əlaqədar təlimlər keçirilməsini təşkil edir. Biz aşağıdakı mövzularda təlimləri mütəmadi olaraq təşkil edirik:

Tərəfdaşlar