Xəbərlər

“ISO/IEC 17025 Sınaq laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər” mövzusunda növbəti təlim keçirilib

2-3 dekabr 2024-ci il tarixlərində Keyfiyyət Assosiasiyası tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər” mövzusunda təlim keçirilib.

Təlimdə “Metak MMC”, “Capian Testing Services MMC” , Foriella MMC”, “Zəhmət Ruzi MMC” və Azərbaycan Su Ehtiyatları Agentliyi mərkəzi labaratoriyasının əməkdaşları iştirak ediblər.
Təlim zamanı iştirakçılara ISO/IEC 17025 beynəlxalq standartının yeni 2017-ci il versiyası, standartın əvvəlki və yeni versiyaları arasındakı fərqlər, ISO/IEC 17025:2017 standartının strukturu, risk və imkanlar, metodların seçilməsi, verifikasiya və validasiya, nümunələrin seçilməsi və ölçmələrdəki qeyri-müəyyənliyin qiymətləndirilməsi, nəticələrin etibarlılığının təmin edilməsi və hesabatın təqdim edilməsi, daxili audit, düzəldici fəaliyyətlər və rəhbərlik tərəfindən təhlilin aparılması barədə ətraflı məlumat verilib, həmçinin qeyd olunan mövzular üzrə müzakirələr aparılıb.
Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Tərəfdaşlar