Xəbərlər

  • Assosiasiya
  • Качество ТВ
  • Xəbərlər
  • “Keyfiyyət Assoasiyası” İctimai Birliyi ISO 9001:2015, ISO 37001:2016, ISO 29993:2017, ISO 10002:2018, ISO 10019:2005 beynəlxalq standartları üzrə sertifikatlara layiq görülüb

“Keyfiyyət Assoasiyası” İctimai Birliyi ISO 9001:2015, ISO 37001:2016, ISO 29993:2017, ISO 10002:2018, ISO 10019:2005 beynəlxalq standartları üzrə sertifikatlara layiq görülüb

Tanınmış və nüfuzlu sertifikatlaşdırma orqanı olan STAREGISTER tərəfindən Assosiasiyanın qeyd olunan sertifikatlara layiq görülməsi, təşkilatın öz fəaliyyətində yüksək idarəetmə və keyfiyyət standartlarına sadiqliyini təsdiqləyən çox əhəmiyyətli bir nailiyyətdir.

Bu sertifikatlar, Keyfiyyət Assosiasiyasının təkcə keyfiyyətə deyil, həm də etik idarəetmə, müştəri məmnuniyyəti və audit sahələrində beynəlxalq tələblərə cavab verdiyini göstərir.

Assosiasiyanın əldə etdiyi ISO 9001:2015 sertifikatı təşkilatın bütün daxili proseslərinin, göstərdiyi xidmətlərin (məsələhət təlim, audit) müştəri yönümlü və davamlı yaxşılaşdırmaya (PDCA) əsaslanmasqla həyata keçirildiyini göstərir.

ISO 37001:2025 sertifikatı Assosiasiyanın fəaliyyətində şəffaflığa, etik davranışa və rüşvətə qarşı mübarizəyə yüksək səviyyədə sadiq olduğunu təsdiqləyir.

ISO 29993:2017 sertifikatı Assosiasiyasının təlim xidmətlərinin beynəlxalq standartların tələblərinə uyğun olduğunu, təlim materiallarının və tədris metodikasının qabaqcıl təcrübəyə əsaslanmaqla hazırlandığını nümayış etdirir.

ISO 10002:2018 Assosiasiyanın müştəri rəylərinə önəm verdiyini, şikayətləri obyektiv araşdırdığını və bu məlumatlardan öz proseslərini yaxşılaşdırmaq üçün istifadə etdiyini göstərir.

ISO 10019:2005 Keyfiyyət Assosiasiyasının məsləhət xidmətləri göstərən mütəxəssislərinin beynəlxalq tələblərə cavab verən səriştəyə malik olduğunu təsdiqləyir.

Qeyd edək ki, Keyfiyyət Assosiasiyası 2016-cı ildən etibarən öz idarəetmə sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq istiqamətində davamlı və məqsədyönlü fəaliyyət göstərir. Bu müddət ərzində təşkilat tərəfindən həm daxili proseslərin təkmilləşdirilməsi, həm də beynəlxalq səviyyədə tanınan keyfiyyət standartlarına uyğunluğun təmin edilməsi məsələlərinə daim diqqət yetirilmişdir.

Tərəfdaşlar