Xəbərlər

Keyfiyyət Assosiasiyası Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən keçirilmiş tenderin qalibi olmuşdur

Keyfiyyət Assosiasiyası tenderin nəticələrinə əsasən ISO 9001:2015 və ISO 37001:2016 beynəlxalq standartları üzrə idarəetmə sistemlərinin işlənilməsi və tətbiqi üzrə məsləhət xidməti göstərəcəkədir.

Keyfiyyət Assosiasiyası ilə AQTİ arasında imzalanmış müqaviləyə əsasən sözügedən quruma məsləhət xidmətinin göstərilməsi çərçivəsində ISO 9001:2015 və ISO 37001:2016 standartları üzrə təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Onu da qeyd edək ki, keyfiyyət infrastrukturunun qurulması və beynəlxalq standartların tətbiqi sahəsində 17 illik təcrübəyə və peşəkar kadrlara malik Keyfiyyət Assosiasiyası dövlət qurumları ilə qeyd olunan istiqamətlər üzrə səmərəli əməkdaşlığı davam etdirir.

Tərəfdaşlar