Xəbərlər

Keyfiyyət Assosiasiyasının nümayəndə heyəti Sənaye Təhlükəsizliyi Zirvəsində iştirak edib

30 noyabr 2023-cü il tarixində “Gülüstan” sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib.

Zirvədə özəl və dövlət müəssisələrinin nümayəndələri, müvafiq sahənin nazirləri, icraçı direktorlar, şirkət nümayəndələri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarlar iştirak ediblər. “Sabahın çağırışları” şüarı ilə keçirilən tədbirdə sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və iş yerində təhlükəsizliklə bağlı məsələlərdə dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və qabaqcıl təcrübələr və sairə aktual məsələlərə toxunulub, bununla bağlı geniş fikir mübadiləsi və müzakirələr aparılıb.

Assosiasiyanın nümayəndələri tədbir çərçivəsində müxtəlif təşkilatların təmsilçiləriı ilə tanışlıq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini qurulması məqsədilə bir sıra görüşlər keçiriblər. Həmin görüşlərdə sənaye təhlükəsizliyi, bu sahədə beynəlxalq standartların tətbiqi və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılıb.

Maraqlı məruzə, təqdimat və sənaye təhlükəsizliyi ilə bağlı məlumatların təqdim edildiyi tədbirin sonunda Keyfiyyət Assosiasiyası İctimai Birliyi tərəfindən Sənaye Təhlükəsizliyi Zirvəsininin təşkilatçılarına və iştirakçılar arasında seçilmiş qaliblərə “ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabı hədiyyə edilib.

Tərəfdaşlar