Xəbərlər

  • Assosiasiya
  • Качество ТВ
  • Xəbərlər
  • Keyfiyyət Assosiasiyası tərəfindən “Keyfiyyət Nəzarətçisi Yetişdirmə Proqramı” çərçivəsində “Tikintidə keyfiyyətə nəzarət təlimi” keçirilib.

Keyfiyyət Assosiasiyası tərəfindən “Keyfiyyət Nəzarətçisi Yetişdirmə Proqramı” çərçivəsində “Tikintidə keyfiyyətə nəzarət təlimi” keçirilib.

Təlimin keçirilməsində məqsəd Azərbaycan Respublikasının qanunları, mövcud standartlar və normativ texniki sənədlər əsasında layihələndirmə dövründə sənədləşdirmə prosesi, layihələrin dövlət qurumlarında təsdiqlənməsi prosesi ardıcıllığı, tikinti zamanı sənədləşdirmənin həyata keçirilməsi, tikinti başa çatdıqdan sonra istismara qəbul prosesi və sairə məsələlər barədə geniş məlumat verilməsi, həmçinin işçirakçıların nəzəri biliklər qazanmasına və onların praktiki bacarıqlara yiyələnməsinə yardımçı olmaq idi.

3 gün davam edən təlimdə iştirakçılara tikinti fəaliyyətinin dövlət tənzimlənməsi sistemi, tikinti təhlükəsizliyi, tikintidə qiymətqoyma sistemi, tikintinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, SƏTƏM qaydaları, tikinti keyfiyyətinin idarə edilməsi formaları, tikintiyə nəzarət sistemləri, tikintidə sənədləşdirmə, tikintinin müayinəsi(təhlil qrupları, müfəttişliklər), istismara qəbul prosesi, tikintinin təşkili, tikinti müqavilələri haqqında praktiki nümunələr təqdim edilməklə geniş məlumat verilib.

Təlim interaktiv formada keçirilib. İştirakçıların tədris edilən mövzuları mənimsəmə səviyyəsini müəyyən etmək üçün müxtəlif tapşırıqlar, qrup çalışmaları yerinə yetirilib.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Tərəfdaşlar