Auditlər: 21-ci əsrdə biznes mükəmməlliyinə rəhbərlik etmək

- Məkan: Orlando, Florida
- Tarix: 17-18 Oktyabr, 2019

İdarəetmə sistemlərinin effektiv fəaliyyətini təmin edən amillərdən biri də auditlərdir. Auditlərin sistemin təkmilləşdirilməsi və performansının artırılmasında məxsusi rolu vardır. Lakin bu rol bir çox hallarda birmənalı qarşılanmır. Odur ki, məhz auditorların peşəkar fəaliyyəti istər rəhbərlik, istərsə də işçi səviyyədə auditə qarşı mənfi münasibəti dəyişə bilər.
Bu konfrans da performans və proseslərin, gəlirin və idarəetmənin planlaşdırılması və qərar qəbulu prosesi də daxil olmaqla, müştəri məmnuniyyətinin artırılması üçün keyfiyyətlə bağlı problemlərin aşkarlanmasında auditorların daşıdığı rola həsr edilmişdir. Konfransın digər bir məqsədi keyfiyyətlə bağlı riskləri anlamağa və idarəetməyə, standartlarda dəyişiklikləri, kommunikasiyalardakı innovasiyalara və audit sahəsindəki daim dəyişən material, yanaşma və texnikalara qarşı auditorların açıq olmalarını təmin etməkdən ibarətdir.
Konfrans Amerika Keyfiyyət Cəmiyyətinin (ASQ) Audit bölməsi tərəfindən təşkil ediləcəkdir. Bu bölmə audit sahəsində karyera qurmaq, biliklərini artırmaq, habelə bilik və təcrübələrini həmkarları ilə bölüşmək istəyən 9000-dən çox şəxs üçün platforma rolunu oynayır. Siz də bu konfransda iştirak etməklə biliklərinizi artırmaq və xarici mütəxəssislərlə məlumat mübadiləsi etmək imkanı əldə edə bilərsiniz.
Konfrnas haqqında daha ətraflı məlumatı aşağıdakı ünvandan əldə edə bilərsiniz:
https://asq.org/conferences/audit-division/about