Keyfiyyətçiləri sevindirəcək xəbər

Dəyərli dostlar!

Assosiasiyamizi bütövlükdə Azərbaycan keyfiyyət camiasını məmnun edəcək gözəl bir xəbər aldıq.

Assosiasiyamızın ən fəal və sadiq üzvlərindən biri, peşəkar fəaliyyəti və dəyərli təcrübəsi ilə hər zaman gənc keyfiyyət mütəxəssislərinə dəstək olan hörmətli Şəhla xanım, “Veysəloğlu” Şirkətlər Qrupunda Baş İcraçı Direktorun (CEO) Qida təhlükəsizliyi, texniki tənzimləmə və keyfiyyət məsələləri üzrə müşaviri vəzifəsinə təyin olunub.

Keyfiyyət Assosiasiyası olaraq, Şəhla xanımı bu əlamətdar təyinat münasibətilə səmimi qəlbdən təbrik edir, yeni vəzifəsində ona davamlı uğurlar və nailiyyətlər arzulayırıq.

Məmnuniyyət hissi ilə onu da qeyd etmək istərdik ki, son zamanlar yerli müəssisələrimizdə keyfiyyət məsələlərinə diqqət əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. Bunun nəticəsi olaraq, keyfiyyət üzrə çalışan bir çox mütəxəssislər tanınmış şirkətlərdə mühüm vəzifələrə təyin olunublar. Bu mənada Şəhla xanım Yusifzadənin yeni təyinatını, ölkəmizdə keyfiyyət amilinə verilən dəyərin və artan diqqətin nəticəsi kimi qiymətləndirmək olar.

Tərəfdaşlar