Keyfiyyətin təmin edilməsi haradan başlanmalıdır?

Keyfiyyətin təmin edilməsi haradan başlanmalıdır?

Keyfiyyəti idarəetmə sisteminin (KİS) əhəmiyyəti

Keyfiyyəti idarəetmə sisteminin tətbiqi təşkilatların fəaliyyət prosesində ən vacib məsələlərdəndir. Yaxşı tətbiq olunmuş keyfiyyəti idarəetmə sistemi sayəsində təşkilatlar müştəri məmnuniyyətini qoruya və idarəetmə strukturunu gücləndirə bilirlər. Keyfiyyəti idarəetmə sisteminin tətbiqi təşkilatın performansının və maliyyə gəlirlərinin artırılmasına kömək edə bilər.

Keyfiyyət İdarəetmə Sistemi (KİS) effektiv tətbiqi:

  • təşkilati məqsədlərə çatmağa yol açır;
  • müştəri məmnuniyyətini artırır;
  • təşkilatdaxili kommunikasiyanı gücləndirir;
  • yeni bazarlara çıxış imkanlarını və mövcud bazar payını artırır;
  • işçi heyətinin performansının ölçülməsi kimi faydaları təmin edir.

KİS prosesi

KİS problemi əvvəlcədən aydınlaşdırır və bunun həlli üçün uyğun prosedur təyin edir. Bu sistemin uğurlu olması üçün təşkilatın rəhbərliyindən başlayaraq, bütün səviyyələrində işləyən işçilərin öz töhfələrini verməsi vacibdir. KİS-in tətbiqi zamanı şirkətlərin izləməli olduğu bir sıra addımlar vardır.

Təşkilatdaxili auditin aparılması

Audit prosesi vasitəsilə təşkilatın idarəetmə sistemi təhlil edilərək həmin sistemin mənfi və müsbət tərəfləri aşkar edilir. Bundan başqa bu yoxlamanın aparılması təşkilatın izləməli olduğu qaydalara və standartlara nə qədər uyğun olduğunu təyin etməyə kömək edir. Nəticədə isə bu məlumatlar səyəsində təşkilatda çevikliyi, uyğunluğu və gəlirliliyi optimallaşdırmaq üçün fəaliyyətlər planının həyata keçirilməsi imkanı yaranır.

Planlaşdırma

Hansı resurslara ehtiyac olduğunu planlaşdıraraq işə başlamaq olar. Düzgün planlaşdırma hər zaman keyfiyyəti yüksəltmədə açar nöqtələrdən biridir. Bu planlaşdırma zamanı müxtəlik idarəetmə səviyyəsində fəaliyyət göstərən əməkdaşlar mövcud vəziyyətin qiymətləndirilməsini aparmalıdırlar. Qiymətləndirmə mərhələsində aşkarlanan boşluqların hansı formada həll olunacağına dair müzakirələr aparılmalı və tətbiq olunacaq plan hazırlanmalıdır.

İşçilərə təlimlərin keçirilməsi

Təlimlər işçilərin bacarıq və qabiliyyətlərinin artırılması, inkişaf etdirilməsi və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə bir növ öyrənmə prosesidir.

Təlimlərin effektiv təşkili təşkilatın məqsədlərinə maksimum uyğun gələn və bütün işçilərin təlimə olan ehtiyaclarını nəzərə alan, eyni zamanda problemləri müəyyən və həll etməyə yönəlik bir proqramın hazırlanmasını nəzərdə tutur.

Təlimin təşkilində mənimsəməni təmin edən mühitin yaranması da mühüm əhəmiyyət kəsb edir. Təlim zamanı işçilər problemin həllinə əsaslanan və ona imkan verən praktiki məsələlərə doğru yönəldilir.

Qeyd etmək lazımdır ki, işçilərin təlim keçmiş olmaları, standartları və keyfiyyətli iş prasedurunu daha yaxşı başa düşmələrində əsas rol oynayır. Təlim prosesində müasir təlim texnologiyalarından və İKT-dən istifadə, fəal və interaktiv təlim metodlarının tətbiqi (fərd və qrup şəklində çalışma, debat, diskussiya, təqdimatların müzakirəsi və s.) təlimdə qoyulan məsələlərin daha dərindən mənimsənilməsinə imkan verir.

Qeyd: Keyfiyyət Assosiasiyası Sizi təşkil etdiyi təlimlərdə iştirak etməyə dəvət edir. Bu təlimlər fəaliyyət göstərdiyiniz sahədə öz bilik və bacarıqlarınızın artırılması, həmçinin praktiki vərdişlərin formalaşdırılması baxımından Sizin üçün mükəmməl bir seçim ola bilər.

Bu məsələdə Sizə tərəfimizdən hazırlanmış təlim proqramı yardımçı ola bilər - Təlim proqramı üçün klik edin!

Tərəfdaşlar