Mendeleyevin Metrologiyada rolu
Hər kəs D.İ.Mendeleyevi kimyaçı alim kimi tanıyır. Amma Mendeleyev yalnız kimya sahəsində deyil, bir çox sahədə (fizika, iqtisadiyyat, texnologiya, geologiya, metrologiya, dirijabl uçuşu, kənd təsərrüfatı, xalq maarifi və istehsalat qüvvələrinin inkişafı) elmi tədqiqatlar aparmışdır.
D.İ.Mendeleyevin metrologiya sahəsindəki rolunu xüsusi qeyd etmək lazımdır. Metrologiyanın inkişafında gördüyü işlərə görə 1892-1917-ci illər aralığındakı dövr metrologiyanın inkişafının “Mendeleyev mərhələsi” adlandırılır.
Xüsusi ölçmələrin köməyi ilə müxtəlif kəmiyyət vahidlərinin ölçülərinin yenilənməsi, saxlanması və ötürülməsi üçün XIX əsrdə bir neçə ölkədə xüsusi metroloji təşkilatlar yaradıldı. İlk yaradılan bu təşkilatlardan biri 1842-ci ildə Sankt-Peterburqda Nümunəvi Ölçü və Çəki Deposu idi. 1892-ci ildə Rus alimi D.İ.Mendeleyev Deponun üçüncü elmi işçisi (direktoru vəzifəsinə) təyin edildi. Uzun illər vəfatına qədər bu vəzifədə çalışdı (1907-ci ilə qədər). Onun təşəbbüsü ilə 1893-cü ildə təşkilat Ölçülər və Çəkilər üzrə Baş Büronu yaratdı. Yeni qurumun əsas məqsədi Rusiya İmperiyasında istifadə edilən müxtəlif ölçmə nəticələrini hər kəsə məlum olan vahidlərlə ifadə etmək, ticarət və sənayedəki tənzimləməyə nail olmaq və nəticədə metrik sistem yaratmaq idi. 1899-cu ildə yaradılan Metrik sistemin 1918-ci ildən başlayaraq geniş istifadə edilməsində Mendeleyevin tədqiqatları ilə sıx bağlılığı olmuşdur.
Büronun ilk əsas vəzifəsi rəsmi ölçü və çəki prototiplərinin yenilənməsi idi. Mendeleyev və həmkarları buna görə bir çox metroloji araşdırmalar apardılar. Bu araşdırmalardan biri tədqiqatçıların 1litr suyun və 1 litr havanın ağırlığını son dərəcədə dəqiqliklə müəyyənləşdirməsidir və həmçinin tarazlıqların dəqiqliyini necə artırmaq barədə də araşdırmalar aparmışlar. Mendeleyev bu tədqiqatların nəticəsini həm Rusiyada, həm də xaricdəki alimlər üçün yayımlanacağı yeni bir elmi jurnal işləyib hazırlamışdır.
Prototiplər hazılanıb sınaqdan keçirildikdən sonra 1899-cu ildə Mendeleyev onlarla bağlı yeni bir qanun hazırladı. Bu qanun “Prototiplərin kodlaşdırılması və standartlaşdırlması üzrə metrik sistem” adlandırıldı. Bu qanun ticarətdə istifadə edilən ölçü və çəkilərin düzgünlüyünü yoxlamaq üçün məsuliyyətli olmağı təmin etdi.
Bu dövrdə Mendeleyev maye, qaz axını, su axını, elektrik, işıq və digər ölçmələr üçün standartların qurulması üzrə planlarını hazırlamağa başladı. Mendeleyev və büro bütün bu işlərin görülməsin yüksək başa gələn xərclərin qarşılanması üçün maliyyə nazirindən, xüsusilə də Sergey İundan güclü dəstək almışdır.

İllər sonra (1931-ci ildə) Mendeleyivin veridiyi töhvələr əsasında Mendeleyev adına Ümumittifaq elmi tədqiqat Metrologiya İnstitutu yaradıldı. Bu istitut 1945-ci il 10 yanvar tarixində Mendeleyevin adını aldı. Mendeleyevin metrologiyanın inkişafında gördüyü işlərə əsaslanaraq onun xatirəsinə İnstitut ərazisində Mendeleyevin abidəsi və elementlərin dövri sistem cədvəli hazırlanmışdır.
Mendeleyevin abidəsi 8 fevral 1932-ci ildə qoyulmuş və Rusiya Federasiyası Hökumətinin 10 iyul 2001-ci il tarixli 527 nömrəli qərarı federal (ümumrusiya) tarixi və mədəni irs obyektlərinin siyahısına daxil edilmişdir.
D.İ.Mendelevin Kimyəvi elementlərin dövri sistemi abidə-tablosu Rəssamlıq Akademiyasının professoru V.A.Frolov rəhbərliyi altında mozaikadan hazırlanmışdır.
Alimin həyatı boyu aşkar edilmiş elementlər cədvəldə qırmızı rəngdə, 1907-1934-cü illərdə aşkar edilmiş elementlər isə mavi rənglə göstərilmişdir.
İstifadə edilmiş ədəbiyyat
1. Mendeleyev adına Ümumittifaq elmi tədqiqat Metrologiya İnstitutunun məlumat bazası.
2. Dmitry Ivanovich Mendeleyev: His Life and Work,- O. N. Pisarzhevsky-University Press of the Pacific,1954.
Müəllif:
Şəhla Ramzanova
"Keyfiyyət Assosiasiyası" İctimai Birliyinin üzvü
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsi




