Qida təhlükəsizliyi

HACCP və HARPC arasındakı fərqlər nədir?

ABŞ konqresi tərəfindən 2011-ci ildə Qida təhlükəsizliyi müasirləşdirilmiş aktı (FSMA) qanununu imzalandı. Daha sonra FSMA/HARPC, 4 İyul 2012 tarixində qanunla qəbul edildi. Bununla birlikdə FDA, FSMA aktının 2013-cü ilin yanvarında təhlükə təhlili və risk əsaslı profilaktik nəzarət müddəalarını tətbiq edən bir qayda verdi.

Bundan sonra bütün qida istehsalçıları üçün əsas diqqət iki qat olmuşdur:

• Risklərə əsaslanan profilaktik nəzarət qaydalarının HACCP prinsipləri ilə necə müqayisə edildiyini və
• Qida ilə çirklənmə riskinin qarşısının alınması üçün yeni FSMA qanununa uyğun olmaq və onu təmin etmək üçün prosesə nəzarət etmək.

Təhlükə analizi və Kritik Nəzarət Nöqtəsi (HACCP) və hazırkı Yaxşı İstehsalat Tətbiqləri (cGMP), qidanın təhlükəsiz olmasını təmin etmək üçün prosesdən sonrakı çirklənmənin qarşısını almaq və görünən yararlı keyfiyyət üçün qida istehsalının, emalının, qablaşdırılmasının və sanitariya şəraitində saxlanmasının təmin edilməsi üçün hazırlanmışdır.

HARPC planının oxşar konsepsiyası və məqsədi var, lakin yanaşma cGMP və HACCP-dən fərqlidir, çünki HARPC qida təchizatı üçün potensial riskləri və ya təhlükələri müəyyənləşdirmək və çirklənmənin qarşısını almaq üçün müvafiq düzəldici tədbirləri həyata keçirən profilaktik nəzarət tətbiq edir. FDA, təhlükə analizini aparmaq, profilaktik nəzarət tədbirlərini həyata keçirmək və sənədləşdirmək üçün elmi əsaslı standartlar qurmuşdur.

Təklif olunan HARPC HACCP planı ilə yaxşı uyğunlaşsa da, qismən fərqlənir ki, kritik nəzarət nöqtələri deyil, elm və ya risk əsaslı profilaktik nəzarət tələb olunur. Buna görə, HARPC çərçivəsində kritik hədlərin yaradılması tələb olunmayacaqdır. Bununla birlikdə, əhəmiyyətli qida risklərini minimuma endirmək üçün profilaktik nəzarətin etibarlılığı nümayiş etdirilmiş və ya "sınanmış və həqiqətə uyğun" elmi məlumatlar və ya orijinal elmi ədəbiyyatlarla dəstəklənməlidir. HACCP planı məcburi deyil, lakin FSMA HARPC, FSMA aktına əsasən qanunla məcburidir.

HACCP (Təhlükə Analizi və Kritik Kontrol nöqtələri) və HARPC (Təhlükə Analizi və Risklərə əsaslanan profilaktik kontrollar) həm profilaktikaya əsaslanan qida təhlükəsizliyi standartlarıdır, həm də icra baxımından fərqlidirlər. Onların fərqləri və oxşarlıqları, əksər qida istehsalçıları üçün o qədər də vacib deyildir. HARPC planı əvəzetmə kimi qəbul edilməməli, adi HACCP planına zəruri bir yüksəliş kimi qəbul edilməlidir. Sistemlərin bir-birinə necə uyğun olduğunu başa düşmək hər ikisini həyata keçirmək üçün ilk addımdır.

HACCP necə işləyir?

HACCP, Codex Alimentarius Komissiyası (və ya 'Qida Kodeksi') və Qida üçün Mikrobioloji Meyarlara dair Milli Məsləhət Komitəsi tərəfindən tövsiyə edilən dünya miqyasında tanınan riskə əsaslanan profilaktik bir yanaşmadır. Ümumiyyətlə üç əsas qida təhlükəsizliyi təhlükəsini idarə etməyə yönəlmişdir: bioloji, kimyəvi və fiziki. Əsas məqsədlər təhlükənin baş verməsinin qarşısını almaq, qida təhlükəsizliyi təhlükəsini məqbul və ya təhlükəsiz səviyyəyə endirmək və ya azaltmaqdır.
HACCP proqramı ət və quşçuluq müəssisələri (USDA yurisdiksiyası daxilində) və şirə istehsalı və dəniz məhsulları emalı müəssisələri (FDA yurisdiksiyasında) üçün qanuni olaraq məcburidir.

HACCP-nin 12 addımı

1. HACCP komandasının yaradılması
2. Məhsulun təsvir edilməsi
3. Məhsulun istifadəsinin təyini
4. Blok sxemin qurulması
5. Blok sxemin yerində təsdiqlənməsi
6. Təhlükə analizlərinin aparılması (Prinsip 1).
7. Kritik kontrol nöqtələrinin müəyyənləşdirilməsi (Prinsip 2)
8. Hər bir kritik kontrol nöqtəsi üçün kritik limitlərin müəyyənləşdirilməsi (Prinsip 3)
9. Monitorinq sisteminin yaradılması (Prinsip 4)
10. Düzəldici tədbirlər proqramının hazırlanması (Prinsip 5)
11. Doğrulama prosedurlarının yaradılması (Prinsip 6)
12. Sənəd və uçot işinin aparılması (Prinsip 7)

HARPC necə işləyir?

HARPC planı daxilində, qida təhlükəsizliyi təhlükələrinin qiymətləndirilməsi daha genişdir. Ümumiyyətlə aşağıdakı risklər nəzərə alınır:

  • Bioloji, fiziki, kimyəvi və radioloji təhlükələr
  • Təbii toksinlər, pestisidlər, dərman qalıqları, xarab olmuş material, parazitlər, allergenlər və təsdiqlənməmiş qida və rəng əlavələri
  • Təbii olaraq meydana gələn təhlükələr
  • Təsadüfən tətbiq olunan təhlükələr
  • Terror aktları da daxil olmaqla, qəsdən tətbiq olunan təhlükələr

HARPC-nin 7 addımı

1. Təhlükələri qiymətləndirin - Bu, məhsula xas olan normal təhlükələri və digər təhlükələri (yuxarıda sadalananları) və qida müdafiəsi və fövqəladə halların idarə olunması kimi obyektlərə xas olan narahatlıqları əhatə edir.
2. Profilaktik kontrolu qurun - Bunlara qida təmas nöqtələri üçün sanitariya prosedurları, işçilərin gigiyena təlimləri, ətraf mühitin monitorinqi, təchizatçıların yoxlanılması və sair daxildir.
3. Kontrolun effektivliyinə nəzarət edin - Bütün nəzarət vasitələri kritik hədd sayı ilə ölçülə bilməz, lakin bu profilaktik nəzarət tədbirləri müntəzəm olaraq qiymətləndirilə bilər.
4. Düzəldici tədbirlər tətbiq edin – Geri çağırma planları qabaqlayıcı tədbir kimi görünməyə bilinər, ancaq bir məhsulun səhv olduğunu bilmək və istehlakçıların əlindən uzaqlaşdırmaq arasındakı kritik addımlar nəzarətdəki zəif yerlərin müəyyənləşdirilməsi və düzəldilməsini əhatə etməlidir. Məqsəd təhlükəli və uyğun olmayan qida məhsulunun yaranmasının qarşısını almaqdır.
5. Doğrulama prosedurunu təyin edin - Doğrulama prosesi müəssisənin qida təhlükəsizliyi standartlarına ardıcıl olaraq səmərəli cavab verməsini təmin edir.
6. Düzgün və tələb olunan uçot qaydalarına əməl edin - Hər hansı bir FDA qərarında olduğu kimi, heç bir şey qeydə alınmayana qədər düzgün aparılmır.
7. Planı hər 3 ildə bir dəfə və ya ehtiyac olduqda yenidən qiymətləndirin - Prosesdə və ya məhsulda dəyişiklik olduqda, HARPC planları yenidən qiymətləndirilməlidir.

HARPC təmin edilməsi üçün FSMA-da profilaktik nəzarət növlərinin hansı nümunələri verilmişdir?

  • Qida səthinin təmas nöqtələrində sanitariya prosedurları.
  • Qab-qacaq və avadanlıqların təmizlənməsi.
  • İşçilərin gigiyena təlimi.
  • Ətraf mühitin monitorinqi proqramı (patogen nəzarət üçün).
  • Qida allergeninə nəzarət proqramı.
  • Geri çağırma planı.
  • Cari yaxşı istehsal təcrübələri (cGMPs).
  • Təchizatçının yoxlama fəaliyyətləri.

HARPC-dən kim azaddır?

Aşağıdakı kateqoriyada olan müəssisələrdə HARPC planı tələb olunmur:

  • USDA yurisdiksiyası altında olan ət, quş əti, yumurta emalı və istehsalı müəssisələri
  • FDA-nın Dəniz məhsulları və Şirə istehsalçılarının HACCP qaydalarına əsasən əməliyyatları
  • Aşağı turşu və turşulu konservləşdirilmiş qida istehsalçıları.
  • "Kiçik" və ya "çox kiçik" müəssisələr olaraq təyin olunan obyektlər.
  • Əvvəlki 3 illik orta məhsul dəyəri və ya gəliri 500.000 dollardan az olan müəssisələr.
  • Əsasən heyvanlar üçün qida istehsal edən, sonrakı emal üçün nəzərdə tutulmuş meyvə və tərəvəzlərdən başqa xam kənd təsərrüfatı məhsullarını saxlayan müəssisələr və ya ətraf mühitə potensial çirklənməyə məruz qalmayan qablaşdırılan qidaları saxlayan obyektlər.

İstifadə olunan mənbələr:

1. www.FDA.gov/FSMA
2. www.remcoproducts.com/knowledge-center
3. www.foodsafetymagazine.com
4. www.foodqualityandsafety.com

Hazırladı:
Yusif Həkimov

“SƏBA” ASC, ət emalı sahəsinin müdiri, “İstehsalat gəlir mərkəzi” departament idarəetmə şurasının üzvü
“Keyfiyyət Assosiasiyası” İctimai birliyinin tam üzvü, "Qida təhlükəsizliyinin idarə edilməsi" üzrə işçi qrupunun üzvü

Tərəfdaşlar