ISO 22000:2018

ISO 22000:2018. “Qida təhlükəsizliyinin idarəetmə sistemləri - Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər”

ISO 22000:2018 standartı nədir?
Qida məhsullarının кeyfiyyətinin yüкsəldilməsini və onun təhlükəsizliyini təmin edən normativ sənədlər sistemində ISO 22000:2018 “Qida təhlükəsizliyini idarəetmə sistemləri. Qida zəncirində iştirak edən bütün təşkilatlara tələblər” adlı beynəlxalq statuslu standart əsas yerlərdən birini tutur.

Qida məhsullarının təhlükəsizliyini idarəetmə sistemi qida zənciri boyunca qida məhsullarının yaradılmasından tutmuş onun yeməkdə son istifadəsinədək qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə imkan verən hamı tərəfindən qəbul olunmuş aşağıdakı əsas elementləri özündə əks etdirir:

  • interaktiv informasiya mübadiləsi;
  • idarəetmə sistemi;
  • ilkin vacib şərtlər proqramı;
  • HACCP prinsipləri.

Hazırda dünyanın bütün inkişaf etmiş ölkələri ISO 22000 beynəlxalq standartını tanıyır və qida zəncirində iştirak edən təşkilatlar qida təhlükəsizliyini idarəetmə sisteminin tətbiqi zamanı ondan istifadə edirlər.

ISO 22000:2018 standartı nə üçün lazımdır?

ISO 22000:2018 standartı istehsal olunan qida məhsullarının yüksək keyfiyyətinə və təhlükəsizliyinə nail olmaq, bütün istehsal tsikli ərzində izləməni həyata keçirməklə qida məhsullarının təhlükəsizlik parametrlərini əhatə edən sistemli yanaşmaya nail olmaq, risklərin minimuma endirmək, təşkilatın fəaliyyətini qanunverici və normativ tələblərə uyğunlaşdırmaq üçün lazımdır.

ISO 22000:2018 standartının tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?

ISO 22000:2018 standartının tətbiqi:

  • texnoloji prosesin bütün mərhələlərində qida məhsullarının təhlükəsizlik parametrlərini əhatə edən sistemli yanaşmaya nail olma imkanının yaranması;
  • qida məhsullarının təhlükəsizliyinə təsir göstərən faktorlara nəzarət edilməsinin asanlaşması;
  • ümumi istehsalda itkilərin və zay məhsulun payının azalması;
  • istehsal edilən məhsula istehlakçılar tərəfindən etibarın artması;
  • qabaqlayıcı fəaliyyətlərdən istifadə edilməsinin asanlaşması;
  • istehsal edilən məhsulun rəqabətqabiliyyətliliyinin artması;
  • investisiya baxımından təşkilatın cəlbediciliyinin artması;
  • təhlükəsiz və keyfiyyətli məhsul istehsal edən təşkilat imicinin formalaşması;
  • təşkilatın fəaliyyətinin qanunverici və normativ tələblərə uyğunlaşdırılması;
  • xarici bazarlara giriş imkanlarının artması kimi fayda və üstünlükləri təmin edir.

ISO 22000:2018 standartının tələblərinə uyğun olaraq qida təhlükəsizliyi idarəetmə sisteminin işlənilməsi və tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda ISO 22000:2018 standartına uyğun idarəetmə sisteminin işlənilməsi, tətbiqi, mövcud sistemin davamlı olaraq yaxşılaşdırılması, bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.

Biz göstərdiyimiz məsləhət xidmətlərini Azərbaycan dilinə tərcümə edərək hazırladığımız ISO 22000:2018 standartının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:

Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması. ISO 22000 standartının tələblərinə uyğun olaraq QTİS-nin tətbiqi üzrə fəaliyyət planının işlənilməsi;
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə ISO 22000:2018 üzrə təlimin keçirilməsi;
Mərhələ 3. ISO 22000:2018 -in tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi və QTİS proseslərinin təsviri ilə bağlı metodiki köməyin göstərilməsi;
Mərhələ 4. Daxili auditorlara ISO 22000 və ISO 19011 üzrə təlimlərin keçirilməsi;
Mərhələ 5. Təşkilatda ISO 22000:2018 -in tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi;
Mərhələ 6. QTİS-nin təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.

ISO 22000:2018 standartı üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər

1. QTİS-in tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. QTİS-in tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. QTİS-in tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq QTİS sənədlərinin işlənilməsi;
5. İşlənilmiş sənədlərin və QTİS-in tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.

Tərəfdaşlar