BRC

BRC Qlobal standartları

BRC standartı nədir? BRC - qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması və saxlanması, həmçinin istehlak məhsullarının istehsalı ilə məşğul olan şirkətlərə tələbləri müəyyən edən standartdır. Bu standart 1998 -ci ildə Britaniya pərakəndə satış müəssisələrinin konsorsiumu BRC (British Retail Consortium) tərəfindən hazırlanıb.

BRC Global Standartı HACCP prinsiplərinə əsaslanaraq qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dair kompleks tələblər irəli sürür və ilkin istehsal, topdan satış, idxal, paylama və saxlama istisna olunmaqla bütün qida məhsullarının istehsalçıları üçün nəzərdə tutulub.

BRC standartı 6 bölmədən ibarətdir.

  1. HACCP sistemi
  2. Keyfiyyəti idarəetmə sistemi.
  3. İş mühitinə dair standartlar
  4. Məhsulun idarə edilməsi
  5. Proseslərin idarə edilməsi
  6. Personal

Birinci bölmə HACCP-ın tətbiqini tələb edir. Standartın tələbləri Codex Alimentariusda müəyyən edilmiş yeddi HACCP prinsipinə bütünlüklə uyğunlaşdırılıb.

İkinci bölmə keyfiyyəti idarəetmə sisteminə aiddir. Bu bölmədə rəhbərliyin məsuliyyəti, daxili auditlər, resursların idarə edilməsi, həmçinin izlənə bilmənin bəzi aspektləri, uyğunsuzluqların idarə edilməsi və s. kimi məslələrə öz əksini tapıb.

Sonrakı dörd bölmədə keyfiyyəti idarəetməyə və qabaqcıl istehsal təcrübəsinə dair tələblər müəyyən edilib.

BRC standartlarına aşağıdakılar daxildir:

  • BRC - Food Safety Standard - Qida Təhlükəsizliyi Standartı;
  • BRC - Consumer Products Standard - İsteklak Malları Standartı;
  • BRC - Storage and Distribution Standard - Məhsulun Anbarlanması və Paylanması Standartı;
  • BRC - Packaging and Packaging Materials Standard - Qablaşdırma və Qablaşdırma Materialları Standartı
  • BRC - Technical Standard for Non– Genetically Modified Food Ingredients and Product - Genetik Modifikaiya Olunmuş məhsullar üçün Texniki Standart.

BRC standarı nə üçün lazımdır?

BRC qida təhlükəsizliyi standartı – tədarükçülərin seçilməsi və təsdiqlənməsi üçün ən çox istifadə olunan əməliyyat alətlərindən biri kimi, istehsal olunan məhsulların yüksək keyfiyyətinə və təhlükəsizliyinə nail olmaq, bütün istehsal tsikli ərzində izləməni həyata keçirməklə qida məhsullarının istehsalı zamanı risklərin minimuma endirmək üçün lazımdır.

Ticarətə giriş kimi qəbul edilən bu standart, həm də şirkətinizin qida təhlükəsizliyinə, keyfiyyətə və qanunvericiliyin tələblərə sadiqliyini nümayiş etdirmək və davamlı yaxşılaşdırma üzərində işləmək üçün əla fürsət yaradır.

BRC standartı Qlobal Qida Təhlükəsizliyi Təşəbbüsünün (GFSI) meyarlarına cavab verir. Başqa sözlə, BRC, əksər pərakəndə satıcılar və istehsalçılar tərəfindən IFS, SQF və FSSC 22000 kimi digər qida təhlükəsizliyi standartlarına ekvivalent olaraq qəbul edilir.

BRC HACCP prinsipləri əsasında keyfiyyəti idarəetmə sistemlərinə uyğunlaşdırılaraq, Gabaqcıl İstehsal Təcrübəsinin (GMP) tətbiqini tənzimləyir.

BRC standartının tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?

BRC standartının tətbiqi:

  • istehsalın səmərəliliyinin artması;
  • əhəmiyyətli qida risklərinin azalması;
  • iş proseslərinin effektiv idarə edilməsi;
  • qida təhlükəsizliyi sistemin təkmilləşməsi;
  • müştərilər tərəfindən müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə və təhlükəsizliyinə olan inam və etibarın artması;
  • ikinci tərəf auditlərinin sayının azalması;
  • daxili və xarici bazarlarda onun rəqabət gücünün artması kimi fayda və üstünlükləri təmin edir.

BRC standartının tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz BRC standartının tətbiqi və sənədləşdirilməsi, mövcud sistemin təkmilləşdirilməsi üzrə məsləhət xidməti göstəririk. Biz göstərdiyimiz məsləhət xidmətlərini BRC standartının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:

Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması;
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə BRC üzrə təlimin keçirilməsi;
Mərhələ 3. BRC-nin tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi;
Mərhələ 4. BRC-nin tələblərinə uyğun qida təhlükəsizliyi idarəetmə sisteminin işlənilməsi və tətbiqi;
Mərhələ 5. İdarəetmə sisteminin təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.

BRC standartı üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər

1. BRC standartının tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. BRC-nin tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. BRC-nin tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq BRC sənədlərinin işlənilməsi;
5. İşlənilmiş sənədlərin təşkilatın cari fəaliyyətində tətbiq olunması.

Tərəfdaşlar