Halal

HALAL standartları

Halal nədir? Halal - ərəb dilində qanuni, icazə verilən deməkdir. Hansı növ qida maddələri olursa olsun yiyəcyimiz və içəcəyimiz bilavasitə Allah Təalanın halal buyurduğu maddələrdən olmalı və halal qazancla əldə edilməlidir.

Halal qidalar

Halal qida, İslam Fiqhində yeyilib içilməsinə icazə verilən qidalar sayılır. İslam Fiqhi məzhəblərinin görüşlərini nəzərə alan Fiqh təşkilatının təsdiqlədiyi fətva və aşağıdaki şərtlər Qurana, Hədisə, İcmaya və Qiyasa istinadəndir. İcma və Qiyasda, Hənəfi, Şafi, Maliki, Hənbəli nəzərə alınaraq, əsas götürülməlidir:

  • qida maddəsi və ya onun qatqı maddələri, İslam Fiqhinə görə müsəlmanlara halal olmayan heyvanların və ya İslami qaydalara görə kəsilməmiş heyvanların hər hansı bir komponentini və ya məhsulunu ehtiva etməməlidir;
  • qida maddəsi, İslam Fiqhinə görə nəcis və ya qeyri-gigiyenik şəraitdə hazırlanmamalı və ya bu xüsusiyyətə malik hər hansı bir qatqı maddəsini özündə ehtiva etməməlidir;
  • İslam Fiqhinə görə qida və qatqı maddələrinin hazırlanması, emalı və istehsalında nəcis maddəlrlə kirlənmiş avadanlıqdan (alət, vasitə) istifadə edilməməlidir. Bu məhsulların hazırlanması, emalı, qablaşdırılması, saxlanması və daşınması zamanı hər hansı bir qarışmanın qarşısının alınması üçün halal məhsullar digər qida maddələrindən və haram məhsullardan fiziki olaraq ayrılmalıdır.

Halal qida beynəlxalq Kodeks Alimentarius Komissiyası sənədlərində “İslami qaydalar çərçivəsində icazə verilən qida” kimi ifadə edilir və “İslami qaydalara görə qadağan olan hər hansı bir elementi ehtiva etməyən, bu elementlərdən təmizlənmiş halda hazırlanan, daşınan və saxlanılan məhsul” olaraq təyin olunur.

Halal standartlar

Halal standartlar Qurana, Hədisə, İcmaya və Qiyasa istinadan edən, İslam Fiqhinə görə qida və qatqı maddələrinin hazırlanması, emalı və istehsalına dair tələbləri özündə ehtiva edən standartlardır.

Halal standartların tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?

Halal standartların tətbiqi:

  • ekoloji cəhətdən təmiz və təhlükəsiz olması;
  • məhsullara istehlakçıların etibarının artması;.
  • istehsalçının və məhsulun qlobal səviyyədə tanınması imkanının artması;
  • HACCP, ISO, eləcə də digər keyfiyyət və təhlükəsizlik standartlarına inteqrasiya olunmanın asanlaşması;
  • təhlükəsiz və keyfiyyətli məhsul istehsal edən təşkilat imicinin formalaşması;
  • xarici bazarlara giriş imkanlarının artması kimi fayda və üstünlükləri təmin edir.

Halal standartların tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda Halal standartların tətbiqi, mövcud sistemin davamlı olaraq yaxşılaşdırılması, bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.

Biz göstərdiyimiz məsləhət xidmətlərini Halal standartlarının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:

Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması. Halal standartların tələblərinə uyğun olaraq fəaliyyət planının işlənilməsi;
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə Halal standartlar üzrə təlimin keçirilməs;
Mərhələ 3. Halal standartların tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi;
Mərhələ 4. Daxili auditorlara Halal standartlar və ISO 19011 üzrə təlimlərin keçirilməsi;
Mərhələ 5. Halal standartların tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi;
Mərhələ 6. Sistemin təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.

Halal standartların tətbiqi üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər

1. Halal standartların tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. Halal standartların tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. Halal standartların tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq Halal sistemin sənədlərinin işlənilməsi;
5.İşlənilmiş sənədlərin və Halal standartların tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.

Müəssisələrin ən çox sertifikatlaşdırıldığı Halal standartlarına misal olaraq aşağıdakıları qeyd etmək olar:

Tərəfdaşlar