IFS

IFS standartları

IFS standartı nədir? IFS Almaniyanın Pərakəndə Satıcılar Birliyi və Fransanın Satış və Distribusiya Müəssisələri Federasiyasının birgə hazırladığı standartdır.
Bu standartın əsas məqsədi məhsulun onun spesifikasına uyğun olaraq istehsalının və çatdırılma imkanlarının qiymətləndirilməsindən ibarətdir.

IFS Qida ISO 9001 və НАССР prinsipləri üzərində qurulub və qida məhsullarının istehsalı zamanı qida məhsullarının təhlükəsizliyinin təmininə istiqamətlənib.

IFS standartının tələbləri 5 istiqaməti əhatə edir:

1. Keyfiyyəti idarəetmə sistemi (HACCP sistemi, keyfiyyət üzrə təlimat və s.);
2. Rəhbərliyin məsuliyyəti (keyfiyyəti idarətetmə sisteminin yoxlanılması, istehsal və s.);
3. Resursların idarə edilməsi (insan resursları, gigiyena və s.);
4. İstehsal prosesləri (məhsulun işlənilməsi, istehsal avadanlıqları, izlənə bilmə və s.);
5. Ölçmə, təhlil, yaxşılaşdırma (yoxlama və nəzarət vasitələri, məhsulun geri çağırılması və s.);

İlk iki istiqamət bilavasitə HACCP və keyfiyyətə təminat məsələlərinə aidir. HACCP sisteminin tətbiqi məcburi xarakter daşıyır. Bu zaman əsas sənəd olaraq HACCP prinsipləri üzrə Codex Alimentariusa istinad edilir.

Sonrakı üç istiqamət keyfiyyəti idarəetmə və qabaqcıl istehsal təcrübəsinə aiddir.

Almaniya Pərakəndə Satıcılar Birliyi və Fransa Satış və Distribusiya Müəssisələri ilə əməkdaşlıq etmək və biznes əlaqələri qurmaq istəyən təşkilatlar IFS standartları üzrə sertifikatlaşdırılmalıdır.

Sertifikatlaşdırma üçün 3 səviyyə nəzərdə tutulub. IFS-in aşağıdakı standartları üzrə sertifikatlaşdırma həyata keçirmək mümükündür.

IFS üzrə sertifikatlaşdırma aşağıdakı standartlara görə həyata keçirilə bilər.

  • IFS Food (Qida məhsulu)
  • IFS Food 6.1
  • IFS Cash & Carry / Wholesale (Topdansatış ticarəti)
  • IFS HPC (Gündəlik tələbat malları və şəxsi gigiyena)
  • IFS IFS Global Markets Food (Qlobal bazarlar - qida məhsulları)
  • IFS Global Markets Logistics (Qlobal bazarlar - logistika)
  • IFS Logistics (Logistika)
  • IFS PACsecure (Qablaşdırma materiallarının təhlükəsizliyi )
  • IFS Broker (Broker)

IFS standartı nə üçün lazımdır?

IFS standartı istehlakçıların tələblərinə və AB ölkələrinin və digər Avropa ölkələrinin müvafiq məcburi tələblərinə uyğun olaraq məhsullar istehsal etmək, bütün istehsal partiyalarında qida təhlükəsizliyini təmin etmək, müştərilər, təchizatçılar və istehlakçılar üçün təhlükəsizlik səviyyəsini artırılmasına nail olmaq üçün lazımdır.

IFS standartının tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?

IFS standartının tətbiqi:

  • müştərilərin məmnunluğu və ən əsası təkrar alışlar artması;
  • müştəri şikayətləri azalması;
  • tərəfdaş və investorlarla əlaqələr genişlənməsi və qarşılıqlı inamın formalaşması;
  • müəssisənin imicinin yüksəlməsi;
  • ixrac potensialının və xarici bazarlara çıxış imkanının artması kimi fayda və üstünlükləri təmin edir.

IFS standartının tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz IFS standartının tətbiqi və sənədləşdirilməsi, mövcud sistemin təkmilləşdirilməsi üzrə məsləhət xidməti göstəririk. Biz göstərdiyimiz məsləhət xidmətlərini IFS standartının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:

Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması;
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə IFS üzrə təlimin keçirilməsi;
Mərhələ 3. IFS-in tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi;
Mərhələ 4. IFS-in tələblərinə uyğun qida təhlükəsizliyi idarəetmə sisteminin işlənilməsi və tətbiqi;
Mərhələ 5. İdarəetmə sisteminin təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.

IFS standartı üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər

1. IFS standartının tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. IFS-in tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. IFS-in tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq IFS sənədlərinin işlənilməsi;
5. İşlənilmiş sənədlərin təşkilatın cari fəaliyyətində tətbiq olunması.

Tərəfdaşlar