GFSI

GFSI standartları

GFSI nədir? Qida Təhlükəsizliyi üzrə Qlobal Təşəbbüs - Global Food Safety Initiative, GFSI 2000-ci ildə Belçikada yaradılmış qeyri-kommersiya təşkilatıdır. Bu təşkilata qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi sahəsində mövcud olan standartların harmonizasiya edilməsi məqsədilə topdan və pərakəndə ticarət təşkilatlarının, qida məhsulları istehsalçılarının, qıda zəncirində xidmət göstərən şirkətlərin, beynəlxalq təşkilatların və hökümətlərin nümayəndələri daxil ediliblər.

GFSI standart deyil, lakin o, qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün qida standartlarına dair tələbləri müəyyən edir.

GFSI tərəfindən aşağıdakı beynəlxalq standartlar və sertifikatlaşdırma sxemləri qəbul olunur:

  • BRC Qlobal Standartı (6-cı versiya);
  • FSSC 22000;
  • IFS Qida;
  • SQF CODE (7-ci versiya, 2-ci səviyyə);
  • GRMS (4-cü nəşr, 4.1-ci versiya);
  • GLOBAL G.A.P. (4-cü versiya);
  • Canada GAP Scheme (6-cı versiya);
  • Global Aquaculture Alliance Seafood Processing Standard 2-ci buraxılış, 2012 -ci il);
  • PrimusGFS Standard (2.1-ci versiya 2011-ci il);
  • IFS PACsecure (1-ci versiya).

GFSI nə üçün lazımdır?

GFSI-nin məqsədi qida məhsullarının təhlükəsizliyi ilə bağlı risklərin azaldılmasına, bütün qida təchizatı zəncirində effektivliyin artırılmasına nail olmaq, təşkilatın fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq üçün lazımdır.

GFSI-nin tələbləri yem istehsalçıları, fermerlər, iri qida istehsalçıları, qablaşdırma materiallarının istehsalçıları topdan satış firmaları kimi qida zəncirində iştirak edən bütün müəssisələrə tətbiq edilə bilər.

GFSI-nin tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?

GFSI-nin tətbiqi:

  • hazır məhsulun təhlükəsizliyinin artması;
  • təşkilatın daxili və xarici bazarda rəqabətqabiliyyətliliyinin artması;
  • yeni bazarlara çıxış imkanlarının artması;
  • istehsal edilən məhsula istehlakçılar tərəfindən etibarın artması;
  • qida məhsulları ilə bağlı xəstəliklərin yaranma ehtimalı azalır;
  • məhsulun geri çağırılması və istehsaldan çıxarılması hallarının azalması;
  • təşkilatın fəaliyyətinin qanunverici və normativ tələblərə uyğunlaşdırılması kimi fayda və üstünlükləri təmin edir.

GFSI-nin tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda GFSI-nin tətbiqi, mövcud sistemin davamlı olaraq yaxşılaşdırılması, bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.

Biz göstərdiyimiz məsləhət xidmətlərini GFSI-nin tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:

Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması. GFSI-nin tələblərinə uyğun olaraq fəaliyyət planının işlənilməsi;
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə GFSI üzrə təlimin keçirilməsi;
Mərhələ 3. GFSI-nin tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi;
Mərhələ 4. Daxili auditorlara GFSI və ISO 19011 üzrə təlimlərin keçirilməsi;
Mərhələ 5. GFSI-nin tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi;
Mərhələ 6. Sistemin təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.

GFSI-nin tətbiqi üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər:

1. GFSI-nin tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. GFSI-nin tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. GFSI-nin tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq GFSI-nin sənədlərinin işlənilməsi;
5.İşlənilmiş sənədlərin və GFSI-nin tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.

Tərəfdaşlar