Koşer

KOŞER standartları

Koşer (və yaxud qədim sefard dilində kaşer ) ibranicədən təcrümədə “yararlı” mənasını ifadə edir. Kaşrut qanunlarıda (Qalaxi-qədim yəhudi qanunlarına uyğunluğu göstərən ritual qaydalar sistemi ) məhsulların hansının yəhudilər üçün yararlı olduğunu göstərilib. Qədim yəhudi mənbələrinə görə bu qanunlar Allah tərəfindən yəhudi xalqına hədiyyə edilib.

Tovratda yəhudi xalqı üçün “yararlı” qidalar və bu qidalardan istifadə qaydaları dəqiq göstərilib.

Kaşrut prinsipləri

Kaşrut qanunların görə yəhudilərə cütdirnaqlı və gövşəyən heyvanların ətini yemeyə icazə verilir (Kaşrut qanunlarına görə donuz ətindən istifadə qadağandir).

Bundan başqa pullu və uzgəci olan balıqlardan yeməkdə istifadə etmək olar, mollyusk və xərçəngkimilərin istifadəsi qadagandır.

Bibliyada yeməkdə istifadə ediməsi qadağan olunmuş quşların siyahısı verilib. Kaşrut qanunlarına görə, dördayaqlı heyvanlar və quşlar müvafiq rituallar əsasında xüsusi hazırlanmış şəxs tərəfindən kəsilməlidir. Burada əsas məsələ kəsilən heyvanın qanının tam axıdılmasıdır.

Kaşrut qanunlarında göstərilir ki, ət və ət məhsullarını süd və süd məhsulları ilə birlikdə nəinki yemək, hətta sözügedən məhsullar üçün nəzərdə tutulan qablarda hazırlamaq olmaz.

Qeyd etmək lazımdır ki, yəhudi icmasında Kaşrut prinsiplərinə riayət olunmasına xüsusi “kaşrut şurası” tərəfindən nəzarət edilir.

Bu şura kəsim prosesini yerinə yetirən şəxsləri təsdiqləyir və onların fəaliyyətinə nəzarət edir, həmçinin koşer məhsullarını satan mağazalara lesenziya verir.

Kosher standartları yəhudi inancına uyğun olaraq istehsal edilmiş məhsullara tələblər müəyyən edir. İstehsalı zamanı məhsulların yəhudi inanclarına uyğunluğuna din adamları (xaxamlar) tərəfindən nəzarət edilir. Əgər bu məhsulların qaydalara uyğunluğu təsdiqlənərsə, o halda həmin məhsullara kosher (koşer) sertifikatı verilir. Koşer kəlməsi İbranicə uyğun mənasini ifadə edir.

Tərəfdaşlar