ISO 21001:2018
beynəlxalq standartı
ISO 21001:2018 standartı nədir? ISO 21001:2018 təhsil təşkilatının keyfiyyət idarəetmə sistemi üçün spesifik tələblər müəyyən edən beynəlxalq standartdır. Müştəri və proses yönümlü olaraq aydın təhsil proseslərinə də diqqət yetirir, beləliklə təhsil xidmətinin keyfiyyəti burada əsas rol oynayır.
ISO 21001:2018 standartı nə üçün lazımdır?
ISO 21001:2018 standartı müxtəlif növ təhsil müəssisələrində effektiv və rahat idarəetmə sistemi modelinin tətbiqinə, təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına, bütövlükdə təşkilatda innovasiyaların inkişafının stimullaşdırılmasına kömək etmək üçün lazımdır.
Bu standart öyrənənlərin və digər maraqlı tərəflərin ehtiyaclarına əsaslanır, təhsil xidmətinin xarakterindən asılı olmayaraq təhsil müəssisələrinin müvafiq subyektləri nəzərə alınır. Standartda əsas diqqət öyrənmə prosesinə yönəldilir.
Təhsil təşkilatında ISO 21001:2018 standartı üzrə tətbiq edilmiş idarəetmə sisteminin strukturu ISO 9001 əsas standartına görə tətbiq edilmiş idarəetmə strukturuna uğundur və eyni zamanda yüksək səviyyəli bir struktura (HLS) əsaslanır.
ISO 21001:2018 standartının tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir:
ISO 21001:2018 standartının tətbiqi:
- ISO 21001:2018 standartına uyğun prosesləri və müştəri tələblərinin daha effektiv idarə edilməsi;
- təşkilata inam və etibarın artması;
- konkret prosesə əsaslanan prosedurlar təşkilatda hüquqi təhlükəsizliyin təmin edilməsi;
- proseslərin optimallaşdırılması nəticəsində təşkilatın sistemli şəkildə inkişafının sürətləndirilməsi
kimi fayda və üstünlükləri təmin edir.
ISO 21001:2018 standartının tələblərinə uyğun olaraq idarəetmə sisteminin tətbiqi üzrə məsləhət xidməti
Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda ISO 21001:2018 standartına uyğun idarəetmə sisteminin işlənilməsi, tətbiqi, bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.
Biz göstərdiyimiz məsləhət xidmətlərini ISO 21001:2018 standartının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk
Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.
Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.
Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:
Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması. ISO 21001:2018 standartının tələblərinə uyğun olaraq idarəetmə sisteminin tətbiqi üzrə fəaliyyət planının işlənilməsi;
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə ISO 21001:2018 üzrə təlimin keçirilməsi;
Mərhələ 3. ISO 21001: 2018 -in tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi və bununla bağlı metodiki köməyin göstərilməsi;
Mərhələ 4. Daxili auditorlara ISO 21001:2018 və ISO 19011 üzrə təlimlərin keçirilməsi;
Mərhələ 5. Təşkilatda ISO 21001:2018-in tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi;
Mərhələ 6. İdarəetmə sisteminin təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.
ISO 21001:2018 standartı üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər
1. ISO 21001:2018-in tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. ISO 21001:2018-in tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. ISO 21001:2018-in tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq idarəetmə sisteminin sənədlərinin işlənilməsi;
5. İşlənilmiş sənədlərin və ISO 21001:2018-in tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.




