MƏSLƏHƏT

GLOBAL G.A.P.

GLOBAL G.A.P. kənd təsərrüfatı məhsullarının keyfiyyətli və təhlükəsiz istehsalını təmin edən və Qabaqcıl Kənd Təsərrüfatı Təcrübəsi üzrə tələb və tövsiyələr olaraq işlənmiş və kənd təsərrüfatının bütün sahələrinə və məhsul növlərinə tətbiq oluna bilən standartlar sistemidir. Standartın məqsədi bütün istehsal tsikli ərzində izləməni həyata keçirməklə kənd təssərüfatı mallarının istehsalı zamanı risklərin minimallaşdırılmasıdır. GLOBAL G.AP.-ın tələbləri qida məhsularının təhlükəsizliyi (GHP, GMP, HACCP) standartları üzrərində qurulub.

1999-cu ildə Avropa Birliyi ölkələrindəki böyük pərakəndə satış ticarətçiləri (super və hipermarketlər) üzv olduqları Avropa Qida Pərakəndə Satıcıları Birliyi (EUREP - Avro Retailer Producer Group) istehlakçıların keyfiyyətli və təhlükəsiz kənd təsərrüfatı məhsulları ilə təchizatını təmin etmək məqsədilə yaş meyvə və tərəvəz üçün ən qabaqcıl kənd təsərrüfatı təcrübəsinin tətbiqi əsasında EUREPGAP Protokolunu imzalamışlar.

2007-ci ildə Banqkokda keçirilmiş 8-ci beynəlxalq konfrasda EUREPG.A.P GLOBAL G.AP. ilə əvəzlənmişdir. Qabaqcıl Kənd Təsərrüfatı Təcrübəsi FAO tərəfindən "kənd təsərrüfatında istehsal sisteminin sosial baxımdan dayanıqlı, iqtisadi baxımdan gəlirli və məhsuldar olması, insan sağlamlığının və ətraf mühitin qorunması üçün tətbiqi vacib fəaliyyətlər" olaraq təyin edilmişdir.

Standart kənd təsərrüfatının aşağıdakı sahələrini əhatə edir:
Global G.A.P.-ın tətbiqinin faydaları
  • istehlakçıların məhsullara olan inamı və etibarı artır
  • daxili və xarici bazarlara daha asan daxil olmasına imkan yaranır
  • məhsulun keyfiyyəti artır
  • resursların səmərəli istifadəsi təmin edilir
  • idarəetmənin effektivliyi artır
  • uzun vədədə istehsal xərclərində azalmanı təmin edir

Tərəfdaşlar