MƏSLƏHƏT

IFOAM

IFOAM standartları nədir? Beynəlxalq Orqanik Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (IFOAM) tərəfindən işlənib hazırlanmış standartlardır. Bu standartlarda orqanik kənd təsərrüfatının prinsipləri öz əksini tapıb.

IFOAM standartları bitkiçilik bitkilərin seçilməsi də daxil olmaqla, heyvandarlıq ( o cümlədən, arıçılıq) suvarma, yabani bitkilərin toplanması və vəhşi heyvanların saxlanılması sistemi, istehsal və emal sistemi, markalanma və sosial ədalət daxil olmaqla orqanik idarəetmə sisteminin geniş sahələrini əhatə edir.

IFOAM standartları nə üçün lazımdır?

IFOAM standartları orqanik istehsal və emala nail olmaq,kənd təsərrüfatı fəaliyyəti nəticəsində çirklənməni minimuma endirmək, kənd təsərrüfatı sisteminin və ətraf mühitin genetik rəngarəngliyini saxlamaq, torpaq münbitliyini uzun müddət qoruyub saxlamaq və artırmaq, kənd təsərrüfatı sistemlərində bərpa olunan ehtiyatlardan istifadə etmək üçün lazımdır.

IFOAM standartlarının tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?

IFOAM standartlarının tətbiqi:

  • insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz orqanik məhsulun istehsal edilməsi;
  • istehsal və emal zamanı məhsulun keyfiyyətinin, təhlükəsizliyinin və təbii tərkibinin saxlanılması;
  • ətraf mühitin qorunması;
  • istehsal edilən məhsula istehlakçılar tərəfindən etibarın artması;
  • istehsal edilən məhsulun rəqabətqabiliyyətliliyinin artması;
  • təşkilatın fəaliyyətinin qanunverici və normativ tələblərə uyğunlaşdırılması;
  • xarici bazarlara giriş imkanlarının artması kimi fayda və üstünlükləri təmin edir.

IFOAM standartlarının tətbiqi tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda IFOAM standartlarının tətbiqi, bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.

Biz göstərdiyimiz məsləhət xidmətlərini IFOAM standartlarının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:

Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması. IFOAM standartlarının tələblərinə uyğun olaraq fəaliyyət planının işlənilməsi;
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə IFOAM standartları üzrə təlimin keçirilməs;
Mərhələ 3. IFOAM standartlarının tələblərinə uyğun olaraq orqanik kənd təsərrüfatı sistemi üçün zəruri sənədlərin işlənilməsi;
Mərhələ 4. Daxili auditorlara IFOAM standartları və ISO 19011 üzrə təlimlərin keçirilməsi;
Mərhələ 5. IFOAM standartlarının tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi;
Mərhələ 6. Sistemin təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.

IFOAM standartlarının tətbiqi üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər

1. IFOAM standartlarının tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. IFOAM standartlarının tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. IFOAM standartlarının tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. IFOAM standartlarının tələblərinə uyğun olaraq orqanik kənd təsərrüfatı sistemi sənədlərinin işlənilməsi;
5.İşlənilmiş sənədlərin və IFOAM standartlarının tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.

Tərəfdaşlar