Məsləhət

UTZ sertifikatlaşdırma

UTZ sertifikatlaşdırma nədir? UTZ sertifikatlaşdırma çay, qəhvə, şokolad və fındığın davamlı inkişafı üçün qeyri-komrsiya təşkilatı olan UTZ Kapeh (hazırda UTZ Certified adlanan) tərəfindən işlənilən proqram və markadır.

UTZ sertifikatlaşdırma proqramı kənd təsərrüfatı istehsalçılarına qabaqcıl arqar metodlarla tanış olmaq, ətraf mühiti və əmək şaraitini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaq imkanı verir.

UTZ sertifikatlaşdırma protokolu

UTZ sertifikatlaşdırma protokolu dörd hissədən ibarətdir:

1. Giriş: UTZ sertifikatlaşdırma haqqında ümumi məlumat, onun tətbiq sahəsu, termin və təriflər;
2. Sertifikatlaşdırma prosesi: UTZ sertifikatına uyğunluq üçün prosedur və şərtlər;
3. Sertifikatlaşdırma orqanları: sertifikatlaşdırma orqanlarının təsdiqlənməsi üzrə prosedur, sertifikatlaşdırma orqanlarına olan tələblər, sertifikatlaşdırma orqanları əm əmdaşlarının məsuliyyəti;
4. Zəmanət: UTZ proqramını təminetmə sistemi, şikayətlərə baxılması proseduru, sertifikatlaşdırma orqanlarını izləmə sistemi, sertifikatlaşdırma orqanları üşün təlim proqramları.

UTZ sertifikatlaşdırma nə üçün lazımdır?

UTZ sertifikatlaşdırma çay, qəhvə, şokolad və fındıq məhsullarının keçdiyi yolu izləmək mənasında böyük əhəmiyyət kəsb edir. Bu real vaxt rejimində təchizat zəncirlərinin uzun və mürəkkəb izlənməsi yolu ilə həyata keçirilir və məhsulun mənbəyini müəyyənləşdirməyə kömək edir.

İzləmə sistemi istehlakçılara istehlak etdikləri məhsulların istehsalçı, emalçı və təchizatçılarının tədarük zəncirinin məsul iştirakçıları olduğuna təminat verir.

UTZ sertifikatı olan məhsullar - davamlılığı olan ticarətə bağlılığın, sosial məsuliyyətin, istehsalda qabaqçıl metodların tətbiqinin, izlənə bilmə sistemin olduğunu göstərir.

UTZ sertifikatlaşdırma proqramının tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?

UTZ sertifikatlaşdırmanın proqramının tətbiqi:

  • yeni satış bazarlarına giriş imkanının artması (UTZ standartı üzrə sertifikatlaşdırma istehsal olunan məhsulun təbii və ekoloji cəhətdən təmiz olduğunu sübut edir və istehlakçılar tərəfindən yüksək qiymətləndirilir);
  • istehsalçınn rəqabət qabiliyyətini artması (UTZ sertifikatı dünyanın 136 ölkəsində tanınır və istehsalçının bazarda rəqabət üstünlüyü əldə etməsinə kömək edir);
  • iri şirkətlərin tələblərinə uyğunluğun təmin edilməsi (UTZ sertifikatına dünyanın iri şirkətləri ilə əmədaşlıq etmək üçün vacib şərtdir)
  • istehsalçının nüfuzunun artması (UTZ sertifikatı istehsalçı tərəfindən standartın tələblərinə və təhlükəsizlik tələblərinə riayət etdiyini maraqlı tərəflərə nümayiş etdirir. UTZ sertifikarı vasitəsilə istehsalçıya olan inam və etibar artır və onun təhlükəsiz və keyfiyyətli məhsul istehsalçısı kimi imici formalaşır) kimi fayda və üstünlükləri təmin edir.

UTZ sertifikatlaşdırma proqramının tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda UTZ sertifikatlaşdırma proqramının tətbiqi, mövcud sistemin davamlı olaraq yaxşılaşdırılması, bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.

Biz göstərdiyimiz məsləhət xidmətlərini UTZ sertifikatlaşdırma proqramının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:

Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması. UTZ sertifikatlaşdırma proqramının tələblərinə uyğun olaraq fəaliyyət planının işlənilməsi;
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə UTZ sertifikatlaşdırma üzrə təlimin keçirilməsi;
Mərhələ 3. UTZ sertifikatlaşdırma proqramının tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi;
Mərhələ 4. Daxili auditorlara UTZ sertifikatlaşdırma proqramını və ISO 19011 üzrə təlimlərin keçirilməsi;
Mərhələ 5. UTZ sertifikatlaşdırma proqramının tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi;
Mərhələ 6. Sistemin təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.

UTZ sertifikatlaşdırma proqramının tətbiqi üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər

1. UTZ sertifikatlaşdırma proqramının tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. UTZ sertifikatlaşdırma proqramının tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. UTZ sertifikatlaşdırma proqramının tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq UTZ sertifikatlaşdırma proqramının sənədlərinin işlənilməsi;
5.İşlənilmiş sənədlərin və UTZ sertifikatlaşdırma proqramının tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.

Tərəfdaşlar