Təlimlər

Açıq təlimlər

Assosiasiya tərəfindən təşkil edilən təlimlərdən biri də açıq təlimlərdir. Açıq təlimlərə, tədris olunan mövzu ilə
əlaqəli sahələrdə çalışan və ya bu sahədə karyera qurmaq istəyən şəxslər qatıla bilərlər. Bu təlimlərə qatılmaqla
həmin şəxslər həm müxtəlif sektorlarda fəaliyyət göstərən şəxslərlə bir araya gələrək təcrübə mübadiləsi etmək
imkanını da qazanırlar.
Açıq təlimlərimiz kifayət qədər təcrübəli və səriştəli mütəxəssislərimiz tərəfindən tədris edilir. Onlar öz
təcrübələrini və biliklərini iştirakçılara ötürmək qabiliyyətinə malikdirlər.

TƏLİMLƏRİN ƏHƏMİYYƏTİ

Fərdi şəxslər üçün təlimin faydaları:

Açıq təlimlərdə tədris olunan mövzular iştirakçılarda ümumi təsəvvürün formalşaşması və praktiki bacarıqların əldə ediməsinə yönəlmişdir. Bu təlimlərdən bəziləri kvalifikasiya proqramımıza daxil edilmişdir və gələcəkdə müvafiq dərəcənin alınması üçün zəruridir. Açıq təlimlər bir qayda olaraq Bakı şəhərində təşkil edilir.
Əgər siz də öz biliklərinizi müxtəlif sektorları təmsil edən mütəxəssislərlə birlikdə artırmaq istəyirsinizsə, bu təlimlərimizə yazılın!

Tərəfdaşlar