Təlimlər

ISO 14001:2015. Ətraf mühiti idarəetmə sistemləri- Tələblər və tətbiq üzrə rəhbərlik: “Giriş” təlimi

Müasir dövrümüzdə ətraf mühit sahəsində artan və dərinləşən problemlər dünya bazarlarında fəaliyyət göstərən təşkilat və şirkətlərdən bu sahədə beynəlxalq standartların öz idarəetmə sistemləriə tətbiqini zəruri etmişdir. Ətraf mühiti idarəetmə sahəsində tətbiq olunan ən geniş standart ISO 14001 standartdıdr. Standart tətbiq olunduğu müəssisə və təşkilatlardan ətraf mühit mühafizəsi ilə bağlı tələblərinin yerinə yetirilməsini tələb edir. Bu isə ilk növbədə onun tələbləri əsasında ətraf mühiti idarəetmə sistemlərinin qurulması və effektiv fəaliyyətinin təmin edilməsindən çox asılıdır.

Daim təkmilləşən ISO 14001 seriyalı standartın son versiyası olan 2015-ci il versiyası müasir tələblərə cavab verən dəyişiklikləri özünə daxil etmişdir. Bu təlimə qatılmaqla siz standartın tarixi, yeni versiyada istifadə olunan əsas termin və anlayışlar, tələblər, ali səviyyəli struktur habelə digər tələblər haqqında geniş informasiya əldə edəcəksiniz. Bu biliklər sizə ətraf mühiti idarəetmə üzrə biliklərinizi daha inkişaf etdirməyə və işlədiyiniz müəssisənin idarəetmə sisteminin effektivliyini artırılmasına xidmət edəcək şəkildə tətbiq etməyə yardım edəcəkdir.

Image description
Sertifikatını yoxla









350
Təlim broşuru

Təlimin məqsədi:
İştirakçıları ISO 14001 beynəlxalq standartının yeni 2015-ci il versiyası haqqında məlumatlandırmaq və yeni standartın maddələrinin düzgün başa düşülməsi üçün şərh vermək

Təlimin müddəti:
2 gün / 14 saat

İştirakçılar:

  • ƏMİS tətbiq olunan şirkətin rəhbər işçiləri və mütəxəssisləri;
  • Ətraf mühiti idarəetmə sistemi ilə maraqlanan şəxslər: tələbələr, magistrlar, aspirantlar;
  • Bu sahədə işləməyə başlayanlar.

Təlimin faydaları:

  • ISO 14001:2015 standartı haqqında ümumi məlumat
  • ISO 14001:2015 standartındakı dəyişiliklərin şərhi
  • Ətraf mühiti idarəetmə sistemində risk yönümlü yanaşma haqqında məlumat və praktiki tövsiyələr
  • ISO 14001:2015 standartında sənədləşdirmə ilə bağlı tələblər haqqında məlumat
  • ISO 14001:2015 sertifikatının alınması üçün görülməsi lazım olan işlər haqqında məlumat

Tədris üsulları:
Təlim interaktiv formada keçiriləcək. İştirakçıların keçirilən mövzuları mənimsəmə səviyyəsini müəyyən etmək üçün müxtəlif tapşırıqlar, aralarında komanda ruhunu formalaşdırmaq məqsədilə qrup çalışmaları veriləcəkdir.

Təlimin sonunda veriləcək sənədlər:
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlim qiymətinə daxildir:

  • Qovluq
  • Bloknot
  • Standart
  • Qələm
  • Nahar
  • Şirniyyat və çay
  • Sertifikat (İştirakçı və ya müvəffəqiyyət)

Təşkilatın konteksti
Təşkilat və onun kontekstinin başa düşülməsi
Maraqlı tərəflərin ehtiyac və gözləntilərinin başa düşülməsi
Ətraf mühiti idarəetmə sisteminin tətbiq sahəsinin müəyyən edilməsi
Ətraf mühiti idarəetmə sistemi

Liderlik
Liderlik və öhdəlik
Ətraf mühit üzrə siyasət
Təşkilatı vəzifə, məsuliyyət və səlahiyyətlər

Planlaşdırma
Risk və imkanların müəyyən edilməsi üzrə fəaliyyətlər
Ətraf mühit aspektləri
Uyğunluğun təmin edilməsi üzrə öhdəliklər
Fəaliyyətin planlaşdırılması
Ətraf mühit üzrə məqsədlər və onlara nail olmanın planlaşdırılması
Ətraf mühit üzrə məqsədlər
Ətraf mühit üzrə məqsədlərə nail olmaq üçün fəaliyyətlərin planlaşdırılması

Dəstəkləmə
Resurslar
Səriştəlilik
Məlumatlı olma
Əlaqə
Sənədləşdirilmiş informasiya
Yaratma və yeniləmə
Sənədləşdirilmiş informasiyanın idarə edilməsi

Fəaliyyət
Fəaliyyətin planlaşdırılması və idarə edilməsi
Fövqəladə hallara hazırlıq və cavab tədbirləri

Performansın qiymətləndirilməsi
Monitorinq, ölçmə, təhlil və qiymətləndirmə
Uyğunluğun qiymətləndirilməsi
Daxili audit
Rəhbərlik tərəfindən təhlil

Yaxşılaşdırma
Uyğunsuzluq və düzəldici fəaliyyət
Davamlı yaxşılaşdırma

Ödəniş

Təlimə görə ödəniş qeydiyyat zamanı həyata keçirilir. İştirakçı ödəniş etmədiyi müddətcə təlim üçün qeydiyyatdan keçmiş hesab edilmir. Ödəniş istərsə nağd, istərsə də köçürmə yolu aparıla bilər. Aşağıdakı şəxslərə güzəşt tətbiq edilir:

  • Assosiasiyanın üzvlərinə (üzvlük növünə uyğun olaraq təlimin dəyərinin 15, 10 və 5%-I həcmində);
  • Ödəniş haqqını təlimin başlayacağı gündən 30 gün əvvəl həyata keçirən şəxslərə (təlimin dəyərinin 5 %-i həcmində);
  • İki və daha artıq şəxslə təlimə qatılanlara (təlimin dəyərinin 5 %-i həcmində);
  • Tələbə və magistrlara (təlimin dəyərinin 5 %-i həcmində).

İmtina

Təlimə qatılmaq istəyən şəxs hər hansı bir səbəbdən dolayı təlim xidmətindən imtina edə bilər. Ancaq o, Assosiasiyanı bu qərarı haqqında təlimə ən azı 14 gün qalmış xəbərdar etməlidir. Bunun müqabilində ona həyata keçirdiyi ödəniş tam həcmdə geri qaytarılır. Qeyd edilən müddətdən gec təlimdən imtina edən şəxslərə aşağıdakılardan biri tətbiq ediə bilər:

  • Təlimə 7 gün qalmışa qədər imtina edən şəxslərə ödənişin yarısının geri qaytarılması;
  • Öz istəyilə digər tarixlərdə təşkil olunacaq eyni adlı təlimin iştirakçı siyahısına daxil edilməsi;
  • Öz istəyilə digər təliminin iştirakçı siyahısına salınması.

Təlimdən qeydiyyatdan keçmiş şəxslər imtina və ya başqa təlimə keçirilmə xahişi ilə bağlı training@aqa.az e-poçtuna müraciət etməlidirlər.

Qeyd: Keyfiyyət Assosiasiyası təlimin keçirilmə yeri və tarixi, habelə təlimçinin dəyişdirilməsi hüququna sahibdir. Assosiasiya qeyd edilənlər də daxil olmaqla, təlimə etdiyi bütün dəyişikliklər barədə təlimdən qeydiyyatdan keçmiş şəxsləri təlimin başlamağına 3 gün qalmışa qədər məlumatlandırmalıdır. Həyata keçirilən dəiyşikliklər səbəbilə təlimə qatılmaqdan imtina edən şəxslərə ödədikləri məbləğ tam olaraq qaytarılacaq və ya həmin şəxslər onlara uyğun olan şərtlər əsasında gələcəkdə keçiriləcək eyni adlı və ya digər təlimlərin iştirakçı siyahısına daxil ediləcəklər.

ISO 14001:2015. Ətraf mühiti idarəetmə sistemləri- Tələblər və tətbiq üzrə rəhbərlik: “Giriş” təlimi

Qeydiyyat

Bakı

Azərbaycanca

350

Tərəfdaşlar