Təlimlər

  • Assosiasiya
  • Xidmətlər
  • Təlimlər
  • Təlim siyahısı
  • ISO 21001:2018. “Təhsil təşkilatları — Təhsil təşkilatları üçün idarəetmə sistemləri — Tələblər və tətbiq üzrə rəhbərlik” beynəlxalq standartı: "Giriş təlimi"

ISO 21001:2018. “Təhsil təşkilatları — Təhsil təşkilatları üçün idarəetmə sistemləri — Tələblər və tətbiq üzrə rəhbərlik” beynəlxalq standartı: "Giriş təlimi"

Müasir dövrümüzdə beynəlxalq standartların tətbiqi gündəlik həyatımızın müxtəlif sahələrində geniş vüsət almışdır. Bu tendensiya təhsil sektorundan da yan keçməmiş, təhsilin məzmun, forma və keyfiyyətində ciddi dəyişikliklərə səbəb olmuşdur. Son illər təhsil sektorunu təmsil edən bir sıra müəssisələr üçün onlara xas beynəlxalq standartların hazırlanması ilə əlamətdar olmuşdur. İstər formal, istərsə də qeyri-formal təhsil xidmətləri göstərən təşkilatlar üçün beynəlxalq standartlar işlənib hazırlanmışdır ki, onlardan ISO 21001 standartını xüsusilə qeyd etmək olar.

ISO 21001:2018. “Təhsil təşkilatları — Təhsil təşkilatları üçün idarəetmə sistemləri — Tələblər və tətbiq üzrə rəhbərlik” beynəlxalq standartı 2018-ci ildə hazırlanmışdır. Bu beynəlxalq standart formal təhsil ilə məşğul olan təşkilatlara qarşı bir sıra tələblər irəli sürür. ISO 21001-in əsas məqsədi təhsil təşkilatlarının idarəetmə sisteminin effektiv tətbiqi yolu ilə şagird/tələbə, digər benefisiarlar və işçi heyətin məmnuniyyətini artırmaqdan ibarətdir. O, bağçalar, universitetlər, məktəblər, o cümlədən təhsil xidmətlərinin gösərilməsi onların əsas fəaliyyət istiqaməti olmayan təşkilatlardakı peşəkar təlim şöbələrində də tətbiq edilə bilər.

Image description
Sertifikatını yoxla









300
Təlim broşuru

Təlimin məqsədi:
İştirakçıları formal təhsillə məşğul olan tərhsil təşkilatlarında tətbiq olunmaq üçün işlənib hazırlanan ISO 21001 beynəlxalq standartı, onun tələbləri və tətbiqi üçün zəruri biliklərlə təmin etmək.

Təlimin müddəti:
2 gün / 14 saat

İştirakçılar:

  • ISO 21001 standart tətbiq olunan şirkətin rəhbər işçiləri və mütəxəssisləri;
  • ISO 21001 standartını öz idarəetmə sisteminə tətbiq etmək istəyən təşkilatlar;
  • Təhsil sahəsində işləyənlər;
  • ISO 21001 standartı ilə maraqlanan şəxslər: tələbələr, magistrlar, aspirantlar;

Təlimin faydaları:

  • ISO 21001:2018 standartı haqqında ümumi məlumat
  • ISO 21001:2018 beynəlxalq standartların tələblərini öyrənmək
  • TTİS tətbbiqinin müəssisə üçün faydalarını bilmək
  • ISO 21001 standartının tətbiqi üçün lazım olan resursları müəyyənləşdirə və planlaşdıra bilmək
  • Tələbələrin/şagirdlərin tələblərinə cavab verən idarəetmə sistemini qurmaq üçün zəruri biliklər əldə etmək
  • Müştəriləri onların tələblərini davamlı olaraq ödəyən məhsul və xidmətlərlə təmin edə bilmək

Tədris üsulları:
Təlim interaktiv formada keçiriləcək. İştirakçıların keçirilən mövzuları mənimsəmə səviyyəsini müəyyən etmək üçün müxtəlif tapşırıqlar, aralarında komanda ruhunu formalaşdırmaq məqsədilə qrup çalışmaları veriləcəkdir.

Təlimin sonunda veriləcək sənədlər:
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlim qiymətinə daxildir:

  • Təqdimat kitabçası
  • Qovluq
  • Bloknot
  • Qələm
  • Nahar
  • Şirniyyat və çay
  • Sertifikat

Giriş
Normativ istinadlar
Tətbiq sahəsi

ISO 21001:2018. Maddə 4. Təşkilatın konteksti

  • Təşkilat və onun kontekstinin başa düşülməsi
  • Maraqlı tərəflərin ehtiyac və gözləntilərinin başa düşülməsi
  • Təhsil təşkilatları üçün idarəetmə sisteminin tətbiq sahəsinin təyin edilməsi
  • Təhsil təşkilatları üçün idarəetmə sistemi (TTİS)

ISO 21001:2018. Maddə 5. Liderlik

  • Liderlik və öhdəliklər
  • Siyasəti
  • Təşkilati rollar, məsuliyyət və səlahiyyətlər

ISO 21001:2018. Maddə 6. Planlaşdırma

  • Risk və imkanlara yönəlik fəaliyyətlər
  • Təhsil təşkilatının məqsədləri və onlara nail olmanın planlaşdırılması
  • Dəyişiliklərin planlaşdırılması

ISO 21001:2018. Maddə 7. Dəstəkləmə

  • Resurslar
  • Səriştəlilik
  • Məlumatlandırma
  • Əlaqə
  • Sənədləşdirilmiş informasiya

ISO 9001:2015. Maddə 8. Fəaliyyət

  • Fəaliyyətin planlaşdırılması və idarə edilməsi
  • Təhsil məhsul və xidmətlərinə olan tələblər
  • Müştəri ilə əlaqə
  • Təhsil məhsul və xidmətlərinin layihələndirilməsi və işlənməsi
  • Kənar tədarükçülər tərəfindən təqdim olunan məhsul və xidmətlərin idarə edilməsi
  • Təhsil məhsulların istehsalı və xidmətlərin göstərilməsi
  • Təhsil məhsulların istehsalı və xidmətlərin buraxılışı
  • Təhsil üzrə uyğun olmayan çıxışlarının idarə edilməsi

ISO 21001:2018. Maddə 9. Performansın qiymətləndirilməsi

  • Monitorinq, ölçmə, təhlil və qiymətləndirmə
  • Müştəri məmnuniyyəti
  • Daxili audit
  • Rəhbərlik tərəfindən təhlil

ISO 21001:2018. Maddə 10. Yaxşılaşdırma

  • Uyğunsuzluq və düzəldici fəaliyyətlər
  • Daimi yaxşılaşdırma
  • Yaxşılaşdırma üzrə imkanlar

Ödəniş

Təlimə görə ödəniş qeydiyyat zamanı həyata keçirilir. İştirakçı ödəniş etmədiyi müddətcə təlim üçün qeydiyyatdan keçmiş hesab edilmir. Ödəniş istərsə nağd, istərsə də köçürmə yolu aparıla bilər. Aşağıdakı şəxslərə güzəşt tətbiq edilir:

  • Assosiasiyanın üzvlərinə (üzvlük növünə uyğun olaraq təlimin dəyərinin 15, 10 və 5%-I həcmində);
  • Ödəniş haqqını təlimin başlayacağı gündən 30 gün əvvəl həyata keçirən şəxslərə (təlimin dəyərinin 5 %-i həcmində);
  • İki və daha artıq şəxslə təlimə qatılanlara (təlimin dəyərinin 5 %-i həcmində);
  • Tələbə və magistrlara (təlimin dəyərinin 5 %-i həcmində).

İmtina

Təlimə qatılmaq istəyən şəxs hər hansı bir səbəbdən dolayı təlim xidmətindən imtina edə bilər. Ancaq o, Assosiasiyanı bu qərarı haqqında təlimə ən azı 14 gün qalmış xəbərdar etməlidir. Bunun müqabilində ona həyata keçirdiyi ödəniş tam həcmdə geri qaytarılır. Qeyd edilən müddətdən gec təlimdən imtina edən şəxslərə aşağıdakılardan biri tətbiq ediə bilər:

  • Təlimə 7 gün qalmışa qədər imtina edən şəxslərə ödənişin yarısının geri qaytarılması;
  • Öz istəyilə digər tarixlərdə təşkil olunacaq eyni adlı təlimin iştirakçı siyahısına daxil edilməsi;
  • Öz istəyilə digər təliminin iştirakçı siyahısına salınması.

Təlimdən qeydiyyatdan keçmiş şəxslər imtina və ya başqa təlimə keçirilmə xahişi ilə bağlı training@aqa.az e-poçtuna müraciət etməlidirlər.

Qeyd: Keyfiyyət Assosiasiyası təlimin keçirilmə yeri və tarixi, habelə təlimçinin dəyişdirilməsi hüququna sahibdir. Assosiasiya qeyd edilənlər də daxil olmaqla, təlimə etdiyi bütün dəyişikliklər barədə təlimdən qeydiyyatdan keçmiş şəxsləri təlimin başlamağına 3 gün qalmışa qədər məlumatlandırmalıdır. Həyata keçirilən dəiyşikliklər səbəbilə təlimə qatılmaqdan imtina edən şəxslərə ödədikləri məbləğ tam olaraq qaytarılacaq və ya həmin şəxslər onlara uyğun olan şərtlər əsasında gələcəkdə keçiriləcək eyni adlı və ya digər təlimlərin iştirakçı siyahısına daxil ediləcəklər.

Tərəfdaşlar