Təlimlər

ISO 26000:2010. Sosial məsuliyyət üzrə rəhbəredici göstərişlər: “Məlumatlandırma”

UZUN İLLƏRDİR Kİ, BEYNƏLXALQ MƏKANDA SOSİAL MƏSULİYYƏT PRİNSİPLƏRİNİN TƏTBİQİ GENİŞ VÜSƏT ALMIŞDIR. MƏHZ BU MƏQSƏDLƏ BEYNƏLXALQ STANDARTLAŞDIRMA TƏŞKİLATI (ISO) TƏRƏFİNDƏN 2010-CU İLDƏ ISO 26000 BEYNƏLXALQ STANDARTI İŞLƏNİB HAZIRLANMIŞDIR. BU BEYNƏLXALQ STANDARTI ÖZ FƏALİYYƏTİ SOSİAL MƏSULİYYƏT PRİNSİPLƏRİNİ RİAYƏT ETMƏKLƏ DAVAM ETDİRMƏK İSTƏYƏN MÜƏSSİSƏ VƏ TƏŞKİLATLAR ÜÇÜN RƏHBƏREDİCİ GÖSTƏRİŞLƏR TƏQDİM EDİR.

Qloballaşan dünyadan inteqrasiya edən ölkəmizdə də ISO 26000 beynəlxalq standartına maraq gündən-günə artır. Həm yerli biznesi, həm də dövlət təşkilatlar öz gündəlik fəaliyyətləri adı çəkilən standartda yer alan rəhbəredici göstərişləri əsas alaraq davam etdirmək istəyirlər. Assosiasiyamız da ISO 26000 beynəlxalq standartıüzrə təlimlər təşkil etməklə bu prosesi daha da sürətlənməsinə töhvə verməyi qarşısına məqsəd qoymuşdur.

Image description
Sertifikatını yoxla









400
Təlim broşuru

Təlimin məqsədi:

Sosial məsuliyyətin əsasları və ISO 26000 beynəlxalq standartı barədə iştirakçıları məlumatlandırmaq.

Təlimin müddəti: 2 gün / 14 saat

İştirakçılar:

  • İdarəetmə sistemləri üzrə menecerlər və mütəxəssislər
  • Marketinq və ictimaiyyətlə əlaqələr üzrə menecer və mütəxəssislər
  • İnsan resurslarının idarə edilməsi üzrə menecer və mütəxəssislər
  • Sosial məsuliyyət məsələləri ilə maraqlanan digər şəxslər: tələbələr, magistrlar, aspirantlar.

Təlimin sonunda veriləcək sənədlər:

təlimin sonunda ISO 26000:2010. Sosial məsuliyyət üzrə rəhbəredici göstərişlər: “Məlumatlandirma” təliminnə qatılan bütün şəxslərə “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlim qiymətinə daxildir:

  • Təqdimat kitabçası
  • Qovluq
  • Bloknot və qələm
  • Nahar, şirniyyat və çay
  • İştirakçı sertifikat

Tətbiq sahəsi

Termin və təriflər

3. Sosial məsuliyyətin başa düşülməsi

3.1 Təşkilatların sosial məsuliyyəti: Tarixi
3.2 Sosial məsuliyyətdə son tendensiyalar
3.3 Sosial məsuliyyətin xüsusiyyətləri
3.4 Dövlət və sosial məsuliyyət

4 Sosial məsuliyyətin prinsipləri

4.1 Ümumi
4.2 Hesabatlılıq
4.3 Şəffaflıq
4.4 Etik davranış
4.5 Maraqlı tərəflərin maraqlarına hörmət
4.6 Qanunun aliliyinə hörmət
4.7 Beynəlxalq davranış normalarına hörmət
4.8 İnsan hüquqlarına hörmət

5 Sosial məsuliyyətin başa düşülməsi və maraqlı tərəfləri cəlb edilməsi

5.1 Ümumi müddəalar
5.2 Sosial məsuliyyətin başa düşülməsi
5.3 Maraqlı tərəflərin müəyyən edilməsi və cəlb edilməsi

6 Sosial məsuliyyətin əsas məsələlərinə dair rəhbəredici göstərişlər

6.1 Ümumi müddəalar
6.2 Təşkilati idarəetmə
6.3 İnsan hüquqları
6.4 Əmək təcrübələri
6.5 Ətraf mühit
6.6 Ədalətli fəaliyyət təcrübələri
6.7 İstehlakçılarla bağlı məsələlər
6.8 İcmanın cəlb edilməsi və inkişafı məsələləri

7 Sosial məsuliyyət məsələlərinin təşkilata inteqrasiyası üzrə rəhbəredici göstərişlər

7.1 Ümumi müddəalar
7.2 Təşkilatın xüsusiyyətlərinin sosial məsuliyyətlə əlaqəsi
7.3 Təşkilatın sosial məsuliyyətinin başa düşülməsi
7.4 Sosial məsuliyyət məsələlərinin təşkilata inteqrasiyası təcrübələri
7.5 Sosial məsuliyyətlə bağlı əlaqələr
7.6 Sosial məsuliyyətlə bağlı təşkilata olan etibarın artması
7.7 Təşkilatın sosial məsuliyyətlə bağlı fəaliyyət və təcrübələrinin təhlili və yaxşılaşdırılması
7.8 Sosial məsuliyyət üçün könüllü təşəbbüslər

Ödəniş

Təlimə görə ödəniş qeydiyyat zamanı həyata keçirilir. İştirakçı ödəniş etmədiyi müddətcə təlim üçün qeydiyyatdan keçmiş hesab edilmir. Ödəniş istərsə nağd, istərsə də köçürmə yolu aparıla bilər. Aşağıdakı şəxslərə güzəşt tətbiq edilir:

  • Assosiasiyanın üzvlərinə (üzvlük növünə uyğun olaraq təlimin dəyərinin 15, 10 və 5%-I həcmində);
  • Ödəniş haqqını təlimin başlayacağı gündən 30 gün əvvəl həyata keçirən şəxslərə (təlimin dəyərinin 5 %-i həcmində);
  • İki və daha artıq şəxslə təlimə qatılanlara (təlimin dəyərinin 5 %-i həcmində);
  • Tələbə və magistrlara (təlimin dəyərinin 5 %-i həcmində).

İmtina

Təlimə qatılmaq istəyən şəxs hər hansı bir səbəbdən dolayı təlim xidmətindən imtina edə bilər. Ancaq o, Assosiasiyanı bu qərarı haqqında təlimə ən azı 14 gün qalmış xəbərdar etməlidir. Bunun müqabilində ona həyata keçirdiyi ödəniş tam həcmdə geri qaytarılır. Qeyd edilən müddətdən gec təlimdən imtina edən şəxslərə aşağıdakılardan biri tətbiq ediə bilər:

  • Təlimə 7 gün qalmışa qədər imtina edən şəxslərə ödənişin yarısının geri qaytarılması;
  • Öz istəyilə digər tarixlərdə təşkil olunacaq eyni adlı təlimin iştirakçı siyahısına daxil edilməsi;
  • Öz istəyilə digər təliminin iştirakçı siyahısına salınması.

Təlimdən qeydiyyatdan keçmiş şəxslər imtina və ya başqa təlimə keçirilmə xahişi ilə bağlı training@aqa.az e-poçtuna müraciət etməlidirlər.

Qeyd: Keyfiyyət Assosiasiyası təlimin keçirilmə yeri və tarixi, habelə təlimçinin dəyişdirilməsi hüququna sahibdir. Assosiasiya qeyd edilənlər də daxil olmaqla, təlimə etdiyi bütün dəyişikliklər barədə təlimdən qeydiyyatdan keçmiş şəxsləri təlimin başlamağına 3 gün qalmışa qədər məlumatlandırmalıdır. Həyata keçirilən dəiyşikliklər səbəbilə təlimə qatılmaqdan imtina edən şəxslərə ödədikləri məbləğ tam olaraq qaytarılacaq və ya həmin şəxslər onlara uyğun olan şərtlər əsasında gələcəkdə keçiriləcək eyni adlı və ya digər təlimlərin iştirakçı siyahısına daxil ediləcəklər.

Tərəfdaşlar