Təlimlər

ISO 37001:2016 Rüşvətxorluğa qarşı idarəetmə sistemləri: "Giriş"

Müasir dünyamızda şəffaflıq və etimad hər bir təşkilatın etibarlılığının əsas elementlərindən birini təşkil edir. Heç bir şey müəssisə və təşkilatları rüşvətdən hallarından daha çox sarsıda bilməz. Məhz buna görə də Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən rüşvətxorluqla mübarizənin effektiv aparılması məqsədilə ISO 37001 beynəlxalq standartı işlənib hazırlanmışdır.

Adı çəkilən standart rüşvətxorluğa qarşı idarəetmə sisteminin qurulması və efektiv tətbiqi ilə bağlı tələbləri özündə ehtiva edir. Bu təlim rüşvətxorluğa qarşı idarəetmənin prinsipləri, rüşvətxorluğa qarşı idarəetmə sisteminin tətbiqinin faydaları, effektiv idarəetmə sisteminin qurulması və fəaliyyəti ilə bağlı məsələlərə həsr edilmişdir.

Image description
Sertifikatını yoxla









350

Təlimin məqsədi:

İştirakçıları ISO 37001 beynəlxalq standartı haqqında məlumatlandırmaq və onun maddələrini şərh etmək.

Təlimin müddəti: 2 gün / 14 saat

İştirakçılar:

  • rüşvətxorluğa qarşı idarəetmə sisteminə (RQİS) məsul şəxslər,
  • daxili nəzarət və yoxlamaların aparılmasına cavabdeh şəxslər,
  • bu sahədə biliklərini artırmaq istəyən daxili auditorlar,
  • şirkət və təşkilatların hüquqşünasları,
  • maliyyə-mühasibat işçiləri.

Təlimin faydaları:

Təlim iştirakçılarına təlim zamanı ISO 37001 beynəlxalq standartı ilə bağlı aşağıdakıları öyrənəcəklər:

  • ISO 37001:2016 standartı haqqında ümumi məlumat;
  • ISO 37001:2016 standartının maddələr üzrə şərhi;
  • Rüşvətxorluqa qarşı idarəetmə sisteminin diqqət edilməli maliyyə, qeyri-maliyyə və hüquqi tələbləri haqqında məlumat və praktiki tövsiyələr;
  • ISO 37001:2016 standartında sənədləşdirmə ilə bağlı tələblər haqqında məlumat;
  • ISO 37001:2016 sertifikatının alınması üçün görülməsi lazım olan işlər haqqında məlumat.

Təlimin sonunda veriləcək sənədlər:

Təlimin sonunda ISO 37001:2016 Rüşvətxorluğa qarşı idarəetmə sistemləri: “Giriş” təliminə qatılan bütün şəxslərə Sertifikat veriləcəkdir.

Təlim qiymətinə daxildir:

  • Təqdimat kitabçası
  • Qovluq
  • Standart (Azərbaycan dilinə tərcüməsi)
  • Bloknot və qələm
  • Nahar, şirniyyat və çay
  • İştirakçı sertifikat
  • Rüşvətxorluğa qarşı idarəetmənin prinsipləri;
  • Rüşvətxorluğa qarşı idarəetmə sisteminin tətbiqinin faydaları;
  • ISO 37001 beynəlxalq standartının tələbləri;
  • Rüşvətxorluğa qarşı effektiv idarəetmə sisteminin işlənib hazırlanması və tətbiqi ilə bağlı addımlar;
  • Rüşvətxorluğa qarşı mübarizədə liderliyin və işçilərin məlumatlandırılmasının rolu;
  • Rüşvətxorluğa qarşı idarəetmədə risklərin qiymətləndirilməsi və lazımi araşdırmanın əhəmiyyəti;
  • Rüşvətxorluğa qarşı idarəetmədə monitorinqin və davamlı təkmilləşdirmənin rolu.

Ödəniş

Təlimə görə ödəniş qeydiyyat zamanı həyata keçirilir. İştirakçı ödəniş etmədiyi müddətcə təlim üçün qeydiyyatdan keçmiş hesab edilmir. Ödəniş istərsə nağd, istərsə də köçürmə yolu aparıla bilər. Aşağıdakı şəxslərə güzəşt tətbiq edilir:

  • Assosiasiyanın üzvlərinə (üzvlük növünə uyğun olaraq təlimin dəyərinin 15, 10 və 5%-I həcmində);
  • Ödəniş haqqını təlimin başlayacağı gündən 30 gün əvvəl həyata keçirən şəxslərə (təlimin dəyərinin 5 %-i həcmində);
  • İki və daha artıq şəxslə təlimə qatılanlara (təlimin dəyərinin 5 %-i həcmində);
  • Tələbə və magistrlara (təlimin dəyərinin 5 %-i həcmində).

İmtina

Təlimə qatılmaq istəyən şəxs hər hansı bir səbəbdən dolayı təlim xidmətindən imtina edə bilər. Ancaq o, Assosiasiyanı bu qərarı haqqında təlimə ən azı 14 gün qalmış xəbərdar etməlidir. Bunun müqabilində ona həyata keçirdiyi ödəniş tam həcmdə geri qaytarılır. Qeyd edilən müddətdən gec təlimdən imtina edən şəxslərə aşağıdakılardan biri tətbiq ediə bilər:

  • Təlimə 7 gün qalmışa qədər imtina edən şəxslərə ödənişin yarısının geri qaytarılması;
  • Öz istəyilə digər tarixlərdə təşkil olunacaq eyni adlı təlimin iştirakçı siyahısına daxil edilməsi;
  • Öz istəyilə digər təliminin iştirakçı siyahısına salınması.

Təlimdən qeydiyyatdan keçmiş şəxslər imtina və ya başqa təlimə keçirilmə xahişi ilə bağlı training@aqa.az e-poçtuna müraciət etməlidirlər.

Qeyd: Keyfiyyət Assosiasiyası təlimin keçirilmə yeri və tarixi, habelə təlimçinin dəyişdirilməsi hüququna sahibdir. Assosiasiya qeyd edilənlər də daxil olmaqla, təlimə etdiyi bütün dəyişikliklər barədə təlimdən qeydiyyatdan keçmiş şəxsləri təlimin başlamağına 3 gün qalmışa qədər məlumatlandırmalıdır. Həyata keçirilən dəiyşikliklər səbəbilə təlimə qatılmaqdan imtina edən şəxslərə ödədikləri məbləğ tam olaraq qaytarılacaq və ya həmin şəxslər onlara uyğun olan şərtlər əsasında gələcəkdə keçiriləcək eyni adlı və ya digər təlimlərin iştirakçı siyahısına daxil ediləcəklər.

Tərəfdaşlar