Təlimlər

ISO 45001:2018. Peşə sağlamlığı və təhlükəsizlini idarəetmə sistemləri- Tələblər və tətbiq üzrə rəhbərlik: "Giriş təlimi"

ISO 45001 peşə sağlamlığı və təhlükəsizliyi üzrə idarəetmə sistemlərinə tələblər müəyyən edən beynəlxalq standartdır. 2018-ci ildə nəşr edilən bu standart OHSAS 18001 standartını əvəzləyir, ölçüsündən və fəaliyyət növündən asılı olmayaraq bütün müəssisə və təşkilatlara tətbiq edilə bilər. Standartın əsas məqsədi işçilərin peşə sağlamlığı və təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Son dövrlər Azərbaycanda beynəlxalq standartların yayılması və ələxsus peşə sağlamlığı və təhlükəsizlik məsələlərinə artan diqqət bu sahədə beynəlxalq standartların da tətbiqini sürətləndirmişdir. Bu tendensiya ISO 45001 standartının maddələrinin düzgün başa düşülməsi və müəssisə və təşkilatların mövcud idarəetmə sisteminə effektiv tətbiqinə ehtiyac yaratmışdır. Assosiasiya tərəfindən keçirilən ISO 45001:2018. "Peşə sağlamlığı və təhlükəsizliyi - Tələblər və tətbiq üzrə rəhbərlik": "Giriş" təlimi adı çəkilən standartın tələblərinin düzgün başa düşülməsi və idarəetmə sisteminə effektiv bir şəkildə tətbiq edilməsi üçün iştirakçıları zəruri bilik və məlumatlarla təmin edir.

Image description
Sertifikatını yoxla









350
Təlim broşuru

Təlimin məqsədi:
İştirakçıları ISO 45001 beynəlxalq standartı haqqında məlumat vermək, standartın maddələrinin düzgün başa düşülməsi və müəssisədə tətbiqi üçün şərh etmək

Təlimin müddəti:
2 gün / 14 saat

İştirakçılar:

  • PST idarəetmə sistemi tətbiq olunan şirkətin rəhbər işçiləri və mütəxəssisləri;
  • Sətəm mütəxəssisləri;
  • Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri ilə maraqlanan şəxslər: tələbələr, magistrlar, aspirantlar;
  • Bu sahədə işləməyə başlayanlar.

Təlimin faydaları:

  • ISO 45001:2018 standartı haqqında ümumi məlumat əldə etmək
  • ISO 45001:2018 standartının tələblərini öyrənmək
  • ISO 45001:2018 beynəlxalq standartı müəssisədə tətbiqi üçün lazımı bilik və bacarıqlara yiyələnmək

Tədris üsulları:
Təlim interaktiv formada keçiriləcək. İştirakçıların keçirilən mövzuları mənimsəmə səviyyəsini müəyyən etmək üçün müxtəlif tapşırıqlar, aralarında komanda ruhunu formalaşdırmaq məqsədilə qrup çalışmaları veriləcəkdir.

Təlimin sonunda veriləcək sənədlər:
Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında sertifikat təqdim ediləcəkdir. Təşkil olunmuş imtahandan uğurla keçə bilməyənlərə isə “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlim qiymətinə daxildir:

  • Təqdimat kitabçası
  • Standart (Azərbaycanca)
  • Qovluq
  • Bloknot və qələm
  • Nahar
  • Şirniyyat və çay
  • Sertifikat (İştirakçı və ya müvəffəqiyyət)

Tətbiq sahəsi

Struktur və terminologiya

Təşkilatın konteksti

  • Təşkilat və onun kontekstinin başa düşülməsi
  • İşçilərin və digər maraqlı tərəflərin ehtiyac və gözləntilərinin başa düşülməsi
  • Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sisteminin tətbiq sahəsinin müəyyən edilməsi
  • Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sisteminin idarəetmə sistemi

Liderlik və işçilərin iştirakı

  • Liderlik və öhdəlik
  • Peşə sağlamlığı və təhlükəsizliyi üzrə siyasət
  • Təşkilati vəzifə, məsuliyyət və səlahiyyətlər
  • İşçilərlə məsləhətləşmə və onların iştirakı

Planlaşdırma

  • Risk və imkanların müəyyən edilməsi üzrə fəaliyyətlər
  • Ümumi müddəalar
  • Təhlükənin müəyyənləşdirilməsi, sağlamlığın qorunması və əməyin təhlükəsizliyi üzrə risklərin qiymətləndirilməsi
  • Qanunverici tələblərin və digər tələblərin müəyyən edilməsi
  • Planlaşdırma fəaliyyəti
  • Peşə sağlamlığı və təhlükəsizliyi üzrə məqsədlər və onlara nail olmanın planlaşdırılması
  • Peşə sağlamlığı və təhlükəsizliyi üzrə məqsədlər
  • Peşə sağlamlığı və təhlükəsizliyi üzrə məqsədlərin planlaşdırılması

Dəstəkləmə

  • Resuslar
  • Səriştəlilik
  • Məlumatlı olma
  • Əlaqə
  • Sənədləşdirilmiş informasiya
  • Ümumi müddəalar
  • Yaratma və yeniləmə
  • Sənədləşdirilmiş informasiyanın idarə edilməsi

Fəaliyyət

  • Fəaliyyətin planlaşdırılması və idarə edilməsi
  • Təhlükələrin aradan qaldırılması və peşə sağlamlığı və təhlükəsizliyi üzrə risklərinin azaldılması
  • Dəyişikliklərin idarə edilməsi
  • Satınalma
  • Fövqəladə hallara hazırlıq və cavab tədbirləri

Performansın qiymətləndirilməsi

  • İzləmə, ölçmə, təhlil və qiymətləndirmə
  • Qanunverici və digər tələblərə uyğunluğun qiymətləndirilməsi
  • Daxili audit
  • Daxili auditin məqsədləri
  • Daxili audit prosesi
  • Rəhbərlik tərəfindən təhlil

Yaxşılaşdırma

  • Hadisə, uyğunsuzluq və düzəldici fəaliyyət
  • Davamlı yaxşılaşdırma
  • Davamlı yaxşılaşdırmanın məqsədləri
  • Davamlı yaxşılaşdırma prosesi

Ödəniş

Təlimə görə ödəniş qeydiyyat zamanı həyata keçirilir. İştirakçı ödəniş etmədiyi müddətcə təlim üçün qeydiyyatdan keçmiş hesab edilmir. Ödəniş istərsə nağd, istərsə də köçürmə yolu aparıla bilər. Aşağıdakı şəxslərə güzəşt tətbiq edilir:

  • Assosiasiyanın üzvlərinə (üzvlük növünə uyğun olaraq təlimin dəyərinin 15, 10 və 5%-I həcmində);
  • Ödəniş haqqını təlimin başlayacağı gündən 30 gün əvvəl həyata keçirən şəxslərə (təlimin dəyərinin 5 %-i həcmində);
  • İki və daha artıq şəxslə təlimə qatılanlara (təlimin dəyərinin 5 %-i həcmində);
  • Tələbə və magistrlara (təlimin dəyərinin 5 %-i həcmində).

İmtina

Təlimə qatılmaq istəyən şəxs hər hansı bir səbəbdən dolayı təlim xidmətindən imtina edə bilər. Ancaq o, Assosiasiyanı bu qərarı haqqında təlimə ən azı 14 gün qalmış xəbərdar etməlidir. Bunun müqabilində ona həyata keçirdiyi ödəniş tam həcmdə geri qaytarılır. Qeyd edilən müddətdən gec təlimdən imtina edən şəxslərə aşağıdakılardan biri tətbiq ediə bilər:

  • Təlimə 7 gün qalmışa qədər imtina edən şəxslərə ödənişin yarısının geri qaytarılması;
  • Öz istəyilə digər tarixlərdə təşkil olunacaq eyni adlı təlimin iştirakçı siyahısına daxil edilməsi;
  • Öz istəyilə digər təliminin iştirakçı siyahısına salınması.

Təlimdən qeydiyyatdan keçmiş şəxslər imtina və ya başqa təlimə keçirilmə xahişi ilə bağlı training@aqa.az e-poçtuna müraciət etməlidirlər.

Qeyd: Keyfiyyət Assosiasiyası təlimin keçirilmə yeri və tarixi, habelə təlimçinin dəyişdirilməsi hüququna sahibdir. Assosiasiya qeyd edilənlər də daxil olmaqla, təlimə etdiyi bütün dəyişikliklər barədə təlimdən qeydiyyatdan keçmiş şəxsləri təlimin başlamağına 3 gün qalmışa qədər məlumatlandırmalıdır. Həyata keçirilən dəiyşikliklər səbəbilə təlimə qatılmaqdan imtina edən şəxslərə ödədikləri məbləğ tam olaraq qaytarılacaq və ya həmin şəxslər onlara uyğun olan şərtlər əsasında gələcəkdə keçiriləcək eyni adlı və ya digər təlimlərin iştirakçı siyahısına daxil ediləcəklər.

ISO 45001:2018. Peşə sağlamlığı və təhlükəsizlini idarəetmə sistemləri- Tələblər və tətbiq üzrə rəhbərlik: "Giriş təlimi"

Qeydiyyat

350

Tərəfdaşlar