Təlimlər

Metrologiya və kalibrləmənin əsasları

Müasir dövrdə ölçmələrin rolu çox böyükdür. Axı insan bir şeyi idarə edə bilmək üçün onu ölçə bilməlidir. Ölçmələrin gündəlik həyatımızın bütün aspektlərində rolu danılmazdır. Biz demək olar ki, gündəlik həyatımızda rastlaşdığımız hər bir şeyi ölçürük və ölçmələr bizim həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir.

Məhz bu ölçmələrin etibarlılığı həm həyatımıza, həm də həyata keçirdiyimiz sosial-iqtisadi fəaliyyətlərə təsir edir. Metrologiya isə bu ölçmələrin dəqiq və etibarlı olması ilə yanaşı beynəlxalq standartlara uyğun aparılmasını təmin edir. Bu zaman istifadə edilən ölçmə avadanlığından çox şey asılıdır. Bu avadanlığın təqdim etdikləri nəticələrin etibarlı olması üçün onların vaxtlı-vaxtında kalibrlənməsinə ehtiyac vardır. Bu təlimdə iştirakçılara metrologiya və kalibrləmə haqqında ümumi məlumat veriləcəkdir.

Image description
Sertifikatını yoxla









150
Təlim broşuru

Təlimin məqsədi:
İştirakçılara müəssisələrdə metrologiya və kalibrləmə işinin təşkili və idarə edilməsi qaydalarının öyrədilməsi, metrologiya üzrə yerli və beynəlxalq qanunvericilik tələblərinin izah edilməsi

Təlimin müddəti:
1 gün / 7 saat

İştirakçılar:

  • Metrologiya, keyfiyyətin təmin edilməsi, keyfiyyətə nəzarət (QA/QC), keyfiyyəti idarəetmə (QM) və qida təhlükəsizliyi (FS) sahəsində çalışan işçilər və menecerlər;
  • Laboratoriyada ölçmə vasitələri ilə işləyən mütəxəssislər;
  • İstehsal sahələrində nəzarət ölçü cihazları (NÖC) üzrə mütəxəssislər;
  • Bütün maraqlı şəxslər

Təlimin faydaları:

  • İstehsal müəssisələrində ölçmənin əhəmiyyəti
  • Metrologiya və kalibrasiya haqqında məlumatlar
  • Ölçmələr ilə bağlı beynəlxalq standartların tələbləri
  • Ölçmə vasitələrinin yoxlanması və kalibrlənməsi işləri
  • Yoxlamanın və Kalibrlənmənin izlənilməsi və s.

Tədris üsulları:
Təlim interaktiv formada keçiriləcək.

Təlimin sonunda veriləcək sənədlər:
Təlimin sonunda “İştirakçı sertifikatı” veriləcəkdir.

Təlim qiymətinə daxildir:

  • Təqdimat kitabçası
  • Bloknot
  • Qələm
  • Qovluq
  • Nahar
  • Şirniyyat və çay
  • Sertifikat (İştirakçı və ya müvəffəqiyyət)
  • İnsan və müəssisələr üçün ölçmənin rolu və əhəmiyyəti
  • Ölçmə, metrologiya və kalibrasiya nədir?
  • Ölçmələr ilə bağlı normativ hüquqi aktlar (Qanun, ISO 9001, ISO 22000, ISO 14001, ISO 45001 və ISO 17025)
  • Fiziki kəmiyyətlər və vahidlər sistemi
  • Ölçmə və ölçmələrin təsnifatı
  • Ölçmə cihazları/vasitələri
  • Müəssisələrdə metrologiya və kalibrasiya işinin təşkili və idarə edilməsi
  • Ölçmə vasitələrinin kalibrlənməsi
  • Kalibrlənmənin izlənilməsi
  • Kalibrləmə laboratoriyası üçün ətraf mühit şərtləri

Ödəniş

Təlimə görə ödəniş qeydiyyat zamanı həyata keçirilir. İştirakçı ödəniş etmədiyi müddətcə təlim üçün qeydiyyatdan keçmiş hesab edilmir. Ödəniş istərsə nağd, istərsə də köçürmə yolu aparıla bilər. Aşağıdakı şəxslərə güzəşt tətbiq edilir:

  • Assosiasiyanın üzvlərinə (üzvlük növünə uyğun olaraq təlimin dəyərinin 15, 10 və 5%-I həcmində);
  • Ödəniş haqqını təlimin başlayacağı gündən 30 gün əvvəl həyata keçirən şəxslərə (təlimin dəyərinin 5 %-i həcmində);
  • İki və daha artıq şəxslə təlimə qatılanlara (təlimin dəyərinin 5 %-i həcmində);
  • Tələbə və magistrlara (təlimin dəyərinin 5 %-i həcmində).

İmtina

Təlimə qatılmaq istəyən şəxs hər hansı bir səbəbdən dolayı təlim xidmətindən imtina edə bilər. Ancaq o, Assosiasiyanı bu qərarı haqqında təlimə ən azı 14 gün qalmış xəbərdar etməlidir. Bunun müqabilində ona həyata keçirdiyi ödəniş tam həcmdə geri qaytarılır. Qeyd edilən müddətdən gec təlimdən imtina edən şəxslərə aşağıdakılardan biri tətbiq ediə bilər:

  • Təlimə 7 gün qalmışa qədər imtina edən şəxslərə ödənişin yarısının geri qaytarılması;
  • Öz istəyilə digər tarixlərdə təşkil olunacaq eyni adlı təlimin iştirakçı siyahısına daxil edilməsi;
  • Öz istəyilə digər təliminin iştirakçı siyahısına salınması.

Təlimdən qeydiyyatdan keçmiş şəxslər imtina və ya başqa təlimə keçirilmə xahişi ilə bağlı training@aqa.az e-poçtuna müraciət etməlidirlər.

Qeyd: Keyfiyyət Assosiasiyası təlimin keçirilmə yeri və tarixi, habelə təlimçinin dəyişdirilməsi hüququna sahibdir. Assosiasiya qeyd edilənlər də daxil olmaqla, təlimə etdiyi bütün dəyişikliklər barədə təlimdən qeydiyyatdan keçmiş şəxsləri təlimin başlamağına 3 gün qalmışa qədər məlumatlandırmalıdır. Həyata keçirilən dəiyşikliklər səbəbilə təlimə qatılmaqdan imtina edən şəxslərə ödədikləri məbləğ tam olaraq qaytarılacaq və ya həmin şəxslər onlara uyğun olan şərtlər əsasında gələcəkdə keçiriləcək eyni adlı və ya digər təlimlərin iştirakçı siyahısına daxil ediləcəklər.

Metrologiya və kalibrləmənin əsasları

Qeydiyyat

KA Ofis

Azərbaycanca

150

Metrologiya və kalibrləmənin əsasları

Qeydiyyat

KA Ofis

Azərbaycanca

150

Tərəfdaşlar