-
Keyfiyyət Assosiasiyası daha bir dövlət təşkilatında beynəlxalq standartları tətbiq edəcək
Keyfiyyət Assosiasiyası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada ISO 9001:2015, ISO 20252:2019, ISO 29993:2017, ISO 37001:2016 və ISO 10015:2019 beynəlxalq standartlarının tələblərinə uyğun inteqrə olunmuş idaraetmə sisteminin işilənilməsi, tətbiqi və sertifikatlaşdırılması xidmətlərinin göstərilməsi üzrə keçirilmiş tenderin qalibi olmuşdur.
Daha ətraflı -
Keyfiyyət Assosiasiyası tərəfindən Gazelli MMC-də ISO 31000 Risklərin idarə edilməsi mövzusunda təlim keçirilib.
Təlimdə şirkətin struktur bölmələrinin əməkdaşları iştirak edib. Təlim zamanı iştirakçılara ISO 9001:2015 standartında risk əsaslı düşüncə, risklərin idarəedilməsi üzrə standartlar və metodlar, risk və imkanların müəyyən edilməsi üzrə fəaliyyətlər, risk və imkanların planlaşdırılması, risklərin idarə edilməsi prosesi,
Daha ətraflı -
Keyfiyyət Assosiasiyasının nümayəndə heyəti Sənaye Təhlükəsizliyi Zirvəsində iştirak edib
30 noyabr 2023-cü il tarixində “Gülüstan” sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası və Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib.
Daha ətraflı -
ADNSU-da “ISO 9001-2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabının təqdimatı keçirilib
28 noyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “ISO 9001-2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova açılış nitqi ilə çıxış edərək iştirakçıları və qonaqları salamlayıb və kitab haqqında məlumat verib.
Daha ətraflı -
Sədrimiz “Dünya keyfiyyət həftəsi”nə həsr olunmuş tədbirdə çıxış etdi
Keyfiyyət məsələsi dünyanın bir çox ölkələrinin iqtisadiyyatında ən aktual məsələlərindən biri hesab olunur. Malların və xidmətlərin keyfiyyəti müasir şərait hər hansı bir müəssisənin və hər hansı bir təşkilatın uğur qazanması üçün zəruri şərtdir.
Daha ətraflı -
Assosiasiyamız “Dünya keyfiyyət həftəsi”nə həsr olunmuş tədbirə öz töhfəsini verdi
4 noyabr 2023-cü il tarixində “Risk Menecment Peşəkarları”, TCS və DNV şirkətlərinin birgə iştirakı ilə “Dünya keyfiyyət həftəsi”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə respublikamızın dövlət və özəl qurumlarının nümayəndələri iştirak ediblər.
Daha ətraflı -
Odlar Yurdu Universiteti Assosiasiyamıza təşəkkür etdi
Keyfiyyət Assosiasiyasi Ictimai Birliyi tərəfindən cari il ərzində “ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabi ilə bağli layihə icra edilmişdir. Kitab dünyanin ən məşhur beynəlxalq standartının tələblərinin ölkəmizdə daha rahat başa düşülməsi və tətbiqinə dəstək məqsədilə işlənib hazırlanmışdır.
Daha ətraflı -
Keyfiyyət Assosiasiyası İctimai Birliyi Ümumdünya Standartlaşdırma Gününə həsr olunmuş tədbirdə iştirak edib.
16 sentyabr 2023-cü il tarixində Azərbaycanda ilk dəfə olaraq Keyfiyyət Assosiasiyası tərəfindən “Spektr Group” şirkətində təzyiqin ölçülməsi və təzyiq ölçmə vasitələrinin kalibrlənməsi mövzusundə təlim keçirilib. Təlimdə şirkətin struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Daha ətraflı -
“Spektr Group” şirkətində “Təzyiqin ölçülməsi və təzyiq ölçmə vasitələrinin kalibrlənməsi” mövzusunda təlim keçirilib
16 sentyabr 2023-cü il tarixində Azərbaycanda ilk dəfə olaraq Keyfiyyət Assosiasiyası tərəfindən “Spektr Group” şirkətində təzyiqin ölçülməsi və təzyiq ölçmə vasitələrinin kalibrlənməsi mövzusundə təlim keçirilib. Təlimdə şirkətin struktur bölmələrinin əməkdaşları iştirak ediblər.
Daha ətraflı -
“Səhhət Azərbaycan-Almaniya” klinikasında layihə uğurla davam edir
Keyfiyyət Assosiasiyası tərəfindən “Səhhət Azərbaycan-Almaniya” MMC-də beynəlxalq idarəetmə standartlarının tətbiqi üzrə layihə uğurla davam edir. Bu günə qədər sözügedən şirkətdə mövcud idarəetmə sisteminin ilkin qiymətləndirilməsi aparılmış, klinikanın infrastrukturuna baxış keçirilmiş və onun struktur bölmələrinin fəaliyyəti müşahidə edilmişdir.
Daha ətraflı














