AZƏRBAYCANDA
KEYFİYYƏTİN SƏSİ

İanələr və
Sponsorluq Siyasəti

1. Məqsəd

Bu siyasətin məqsədi “Keyfiyyət Assosiasiyası” İctimai Birliyində (bundan sonra – KAİB) ianələr və sponsorluqların qəbul edilməsi və verilməsi ilə bağlı şəffaf, dürüst və hesabatlı prinsiplərin tətbiq edilməsini təmin etməkdir.

2. Tətbiq Sahəsi

Bu siyasət KAİB-in bütün üzvlərinə, əməkdaşlarına, tərəfdaş təşkilatlarına, həmçinin ianə və sponsorluq münasibətlərinə daxil olan bütün tərəflərə şamil olunur.

3. Prinsiplər

KAİB aşağıdakı prinsiplərə əməl edir:

  • Şəffaflıq: Bütün ianə və sponsorluqlar açıq şəkildə qeydiyyata alınır və hesabatlarda əks etdirilir.
  • Uyğunluq: Bütün əməliyyatlar Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq normalara uyğun aparılır.
  • Müstəqillik: Heç bir ianə və sponsorluq KAİB-in qərarvermə prosesinə və fəaliyyət istiqamətlərinə təsir edə bilməz.
  • Etika: Etik davranış prinsipləri qorunur, rüşvətxorluq və maraqlar toqquşması hallarına yol verilmir.

4. İanələrın qəbulu

  • KAİB yalnız qanuni mənbələrdən edilən ianələrı qəbul edir.
  • Anonim ianələr yalnız məbləği və mənbəsi aydın olan hallarda qəbul edilir.
  • Narkotik, silah, qeyri-qanuni ticarət və ya reputasiyaya xələl gətirə biləcək fəaliyyətlərlə əlaqəli ianələr qəbul edilmir.
  • Qəbul edilən bütün ianələr rəsmi qeydiyyata alınır və mühasibat uçotunda əks etdirilir.

5. Sponsorluqların qəbul edilməsi və verilməsi

  • KAİB yalnız KAİB-in məqsəd və fəaliyyətlərinə uyğun sponsorluqları qəbul edir.
  • Sponsorluq müqavilələri yazılı formada tərtib olunmalı və tərəflərin öhdəliklərini aydın şəkildə müəyyən etməlidir.
  • Sponsorluq fəaliyyəti KAİB-in müstəqilliyinə, qərarvermə azadlığına və reputasiyasına təsir göstərməməlidir.
  • KAİB-in adı və loqosu yalnız rəhbərliyin yazılı icazəsi ilə sponsor tərəfindən istifadə edilə bilər.

6. Hesabatlılıq və nəzarət

  • Bütün ianə və sponsorluqlar üzrə illik hesabat hazırlanır və üzvlərə təqdim olunur.
  • KAİB-in daxili audit və ya müstəqil auditorlar tərəfindən yoxlanılması təmin edilir.
  • Siyasətin pozulması halları aşkar edilərsə, məsul şəxslərə qarşı intizam tədbirləri görülür və hüquqi addımlar atıla bilər.

7. Qadağan olunan hallar

  • KAİB hər hansı bir şəxs və ya təşkilatın qanunsuz maraqlarını müdafiə etmək üçün ianə və ya sponsorluq qəbul etmir.
  • Siyasi partiyalar, dini qruplar və ya fəaliyyətləri qanunla məhdudlaşdırılmış təşkilatlardan ianə və sponsorluq qəbul edilmir.
  • Fərdi şəxslərin və ya şirkətlərin KAİB-in qərarlarına təsir məqsədi daşıyan sponsorluqları qəbul edilmir.

8. Məsuliyyətlər

  • Bu siyasətin icrasına KAİB rəhbərliyi cavabdehdir.
  • Hər bir üzv və əməkdaş siyasətin tələblərinə əməl etməli və mümkün pozuntular barədə rəhbərliyi məlumatlandırmalıdır.

9. Qüvvəyə minmə

Bu siyasət KAİB rəhbərliyi tərəfindən təsdiqləndiyi tarixdən qüvvəyə minir və bütün əməkdaşlar, üzvlər və tərəfdaşlar üçün məcburidir.

Adı Soyadı: Samir Novruzlu

Vəzifə: “Keyfiyyət Assosiasiyası” İctimai Birliyin Sədri

Tarix: 01.10.2025

Tərəfdaşlar